Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Amerika əfi ilandır” - Müqtəda əs-Sədr: sünnilərin sevdiyi şiə lider

Tarix 25.05.19, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Amerikanın düşməni, Səudiyyə Ərəbistanının dostu, İranın tənqidçisi

Şiəliyə yön verən iki dini mərkəz var: Qum (İran) və Nəcəf (İraq). O da təbiidir ki, iki olan şey bir-biri ilə rəqabətə məhkumdur. Bu dini mərkəzlər arasında da ciddi rəqabət var. Düzdür, bu dəfə mövzumuz bir qədər fərqlidir. Ancaq bu amilin də bəhs edəcəyimiz mövzuya birbaşa dəxli var. Ona görə ötəri də olsa qeyd edim ki, İraq şiələri üçün 89 yaşlı Ayətullah əl-üzma (Böyük Ayətullah anlamını verir. E.H.) seyid Əli Hüseyni Sistani son dərəcə nüfuzlu şəxsiyyətdir. Ölkənin Ali dini lideri odur. O, Nəcəf şəhərində yaşayır. Təbii ki, o, Nəcəf dini mərkəzini təmsil edir. Orası da var ki, o, İranda doğulub, 20 yaşında İraqa gəlib, o zamandan bu ölkədədir.

Ancaq İraqda 46 yaşlı radikal və xarizmatik şiə lideri Müqtəda əs-Sədr də var. O, Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müxtəlif mənbələr vurğulayır ki, Sədr ailəsi tarixən kasıb insanlara arxa-dayaq olub. Ona görə də bu ailə İraq şiələri tərəfindən həmişə sevilib. Düşünün ki, Müqtəda əs-Sədr 2016-cı il fevralın 26-da Bağdadın “Təhrir Meydanı”nda 1 milyon insanın qatıldığı möhtəşəm mitinq təşkil etdi və xalqı korrupsiyaya uğramış iqtidara qarşı mübarizəyə səslədi.

Müqtəda əs-Sədr ilə Ayətullah Sistani arasında ciddi ziddiyyət var. Zatən Müqtəda əs-Sədrin atası ilə də Ayətullah Sistani arasında münasibətlər hamar olmayıb. Bu da faktdır ki, Müqtəda əs-Sədr Ayətullah Sistanini bəzən kəskin tənqid edib. Məsələn, 2004-cü ildə ABŞ qırıcıları Nəcəf və Kərbəlanı bombardıman edib. Nəcəfdəki Həzrət Əli türbəsinə atəş açılıb. Buna cavab olaraq Müqtəda əs-Sədr “Mehdi Ordusu” (2003-cü ildə ABŞ İraqı işğal etdikdən az sonra yaranıb. E.H.) ilə Amerikaya qarşı vuruşub.

Müqtəda əs-Sədrin Mehdi Ordusu

O vaxt isə cənab Sistani susurdu. Buna baxmayaraq, Müqtəda əs-Sədr dəfələrlə qarşı tərəfə güzəştə gedib. Bu güzəşt sadəcə yaşla bağlı deyil. Cənab Sistani Ayətullahdır, yəni bu və ya digər məsələ ilə bağlı fitva vermək haqqına sahibdir. Müqtəda əs-Sədr isə Ayətullah deyil. Onun fitva vermək haqqı yoxdur. O da maraqlıdır ki, 2008-ci ildə elan olundu ki, Müqtəda əs-Sədr Ayətullah olmaq üçün çalışmalara başlayıb. Ancaq o vaxtdan 10 ildən çox müddət keçsə də, o, Ayətullah titulu ala bilməyib.

Cənab Sistani ilə bağlı ən önəmli bir məqam isə Ayətullah Xomeynilə bağlıdır. Rza Pəhləvi dönəmində İrandan qovulan dini lider İraqda bir müddət cənab Sistaninin yanında yaşayıb. Ayətullah Xomeyni tərfdarları üçün bu amil xüsusi önəm daşıyır.

Картинки по запросу Ayətullah Sistani musavat
Ayətullah Sistani

Ancaq bu iki şəxsiyyəti birləşdirən nöqtələr də az deyil. Məsələn, onların hər ikisi İranın İraqın daxili işlərinə qarışmasına kəskin etiraz edir. Ayətullah Sistani İraq hökumətinə son müraciətində deyib ki, İraqın İran və Amerika arasında döyüş meydanına çevrilməsinə imkan verməyin və rəsmi Tehrandan uzaq durun. Eyni fikri Müqtəda əs-Sədr də dəfələrlə səsləndirib. Ayətullah Sistani 2013-cü ildə iraqlıların, xüsusən sünnilərin öldürülməsini yasaq edən fitva verib. Müqtəda əs-Sədr də sünnilərə xoş münasibəti ilə tanınır. O, dəfələrlə sünnilərlə bir yerdə ibadət edib və onun bu kimi fotoları bütün dünyanı dolaşıb.

FILE - In this Jan. 4, 2013 file photo, Shiite cleric Muqtada al-Sadr, center, is welcomed by Sunni clerics at Abdul-Qadir al-Gailani Sunni mosque in Baghdad, Iraq. Al-Sadr, who led punishing attacks on American forces after the 2003 U.S.-led overthrow of Saddam Hussein, appears set to secure the most significant victory of his political career with a strong showing in the May 12 parliamentary election. Al-Sadr gained popularity as a nationalist voice campaigning against corruption and against Iran’s influence in the country. (AP Photo/Khalid Mohammed, File)


Bu iki şəxsiyyət arasındakı ziddiyyətlər, qarşıdurmalar, güzəştlər özü-özlüyündə son dərəcə maraqlıdır və geniş bir mövzudur. Ancaq bu dəfə biz daha çox Müqtəda əs-Sədrdən söhbət açacağıq...

İrana aludə və İrana qarşı..
Bu yaxınlarda 64 yaşlı Hadi əl-Əmirini İranın İraqdakı bir nömrəli adamı kimi təqdim etmişdik. O, İraqın keçmiş nəqliyyat naziridir, eyni zamanda Bədr təşkilatının rəhbəridir. Bu təşkilatın əsası 1982-ci ildə İranda qoyulub. İran tərəfdən silahlandırılan Bədr Briqadası İran-İraq müharibəsi zamanı (1980-1988) İranın yanında yer alıb. Hadi əl Əmiri də Səddam Hüseyn rejiminin hərbi birləşmələrinə qarşı İran tərəfindən vuruşub.

Müqtəda əs-Sədr ilə Hadi əl-Əmiri arasındakı münasibətlər də gərginliyi ilə seçilib. Sadəcə onu deyək ki, İraq torpağında Bədr Briqadası ilə “Mehdi Ordusu” savaşa girib. “Mehdi Ordusu” hətta İraq ordusu ilə də döyüşüb. Tərəflər arasında sülh anlaşması əldə etmək üçün İran əfsanəvi generalı Qasım Süleymanini İraqa ezam etməli olub.

Hadi əl-Əmiri səddam hüseyn ile ilgili görsel sonucu


Ötən il bu vaxtlar Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “As-Sayrun” bloku İraqda keçirilmiş parlament seçkilərinin qalibi oldu. Halbuki cəmi bir il öncə siyasətdən getdiyini bəyan etmişdi. İkinci yeri isə Fəth alyansının və “Həşdi Şabi” hərəkətinin lideri Hadi əl-Əmiri tutdu. Gördüyünüz kimi, hər iki lider İraqın siyasi müstəvisində xüsusi çəkiyə malikdir. Onları fərqləndirən əsas məsələ İrana münasibətlə bağlıdır. Hadi əl-Əmiri İrana son dərəcə bağlıdır, Müqtəda əs-Sədr isə İrana qarşı tənqidi mövqe ilə seçilir. Zatən heç atası da İranı sevməzdi. Onu da deməliyik ki, İraq parlamentinə seçkilərdə Müqtəda əs-Sədr qalib gəlsə də, bütövlükdə İranpərəst siyasi qüvvələr önə çıxdı. General Qasım Süleymani İraqa səfər etdi. Nəticədə İraqda İranyönlü koalisiya quruldu. Bu münasibətlə “The Washington Post”a müsahibəsində amerikalı senator Marko Rubio-ABŞ Senatının xarici işlər və kəşfiyyat komitəsinin üzvü-qeyd etdi ki, İraqın hökumət rəhbərinin və prezidentinin seçilməsi razılaşmasını şəxsən Qasım Süleymani formalaşdırdı. Bu, ABŞ-ın İraqda növbəti məğlubiyyəti və İranın növbəti qələbəsi deməkdir. Bu məğlubiyyətdə Müqtəda əs-Sədrin xüsusi rolu var. O, yeni İraq hökumətinin formalaşması ilə bağlı deyirdi: “ABŞ işğalçı ölkədir. Biz amerikalılara imkan vermərik ki, İraqın daxili işlərinə qarışsın”. O, İranin da İraqa müdaxiləsinə qarşı çıxırdı. Ancaq qeyd etdiyimiz kimi, bu istəyi baş tutmadı. Aşağıdakı fakt da İranın İraqdakı gücünü çılpaqlığı ilə ortaya qoyur.

“Qüds günü” “Yerusəlim günü”dən doğdu
2011-ci il. ABŞ öz qoşunlarını İraqdan tədricən çıxarmağa hazırlaşır. Hələ ölkə işğal altındadır. Bağdadın mərkəzində İrana bağlı qüvvələr “Qüds günü” münasibəti ilə izdihamlı nümayiş keçirir. Şiə mücahidlər əllərində İran və Fələstin bayraqları tutaraq “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları bağırır. ABŞ və İsrail bayraqları ayaq altında qalıb.

Bu mənzərə bir daha sübut edirdi ki, Səddam Hüseyni devirmək üçün İraqı işğal edən Amerika yerli xalq tərəfindən lənətlənir. ABŞ-ın istəyinə rəğmən İran Bağdadın həqiqi sahibinə çevrilib.

Ä°lgili resim


“Qüds günü”-Fələstinin azadlığına dəstək aksiyası kimi ilk dəfə 1982-ci ildə Ayətullah Xomeyninin təşəbbüsü ilə İranda keçirilib. Elə o vaxtdan Ramazan ayının son cümə günü bir çox ölkələrdə “Qüds günü” kimi qeyd olunur. Bu il isə “Qüds günü” mayın 31-nə təsadüf edir. O da maraqlıdır ki, 1968-ci ilin mayında ilk dəfə İsraildə “Yerusəlim günü” bayram kimi keçirilib. 1998-ci ildən isə həmin gün (yəhudilərdə də təqvim dəyişir) rəsmən İsraildə bayram günü sayılır. Əslində “Qüds günü” “Yerusəlim günü”nə müxalif olaraq yaradılıb.

“Amerika əfi ilandır”

"Ölkəni islah et, qoy bizlər də öz ölkələrimizi və xalqlarımızı islah edək. İstəmədiyimiz şeyləri bizə təkid etmə. Bizim dinimiz bizə, səninki sənə”. Müqtəda əs-Sədr “Firon” adlandırdığı ABŞ prezidenti Donald Trampa müraciətində belə demişdi.

Hələ 2003-cü ildə ABŞ İraqı işğal edəndə əs-Sədr ABŞ mediasına müsahibə verdi. “60 Minutes” TV proqramında çıxışı zamanı o, dedi: “Səddam Hüseyn balaca əfi ilan idi, Amerika isə nəhəng əfi ilandır”. Təbii ki, bu kimi ittihamlar cavabsız qalmır. 2004-cü il aprelin 5-də Paul Bremer-ABŞ-ın İraq üzrə qubernatoru-bəyan etdi ki, Müqtəda əs-Sədr qanundan kənar fəaliyyətlə məşğuldur və ona qarşı dözümsüz münasibət sərgilənəcək. Müqtəda əs-Sədr də ABŞ-a qarşı cihad elan etdi.

“Şeytan üçbucağı”

İran parlamentinin sədri Əli Ləricaninin aşağıdakı fikrinə diqqət edək: “ABŞ, İsrail və Səudiyyə Ərəbistanı “Şeytan üçbucağıdır”. Bir vaxtlar ABŞ prezidenti Corc Buş (oğul) İran, İraq və Şimali Koreyanı “Şeytan Mehvəri” kimi təqdim etmişdi. Əli Ləricani deyir ki, əgər bu ölkələr İranı küncə sıxışdırsa özləri təhlükə altına düşəcək.

Əli Ləricani ile ilgili görsel sonucu

Əli Ləricani

Bu məqamı ona görə vurğulayırıq ki, İranın təsir dairəsində olan İraqda da belə düşünənlər çoxdur. Rəsmi Tehranın təbliğat maşını öz işini bacarıqla görür. Ancaq İrana qarşı çıxanlar da az deyil. Bu sırada Müqtəda əs-Sədrin xüsusi yeri var.

“Sədr ailəsində kimsə öz əcəli ilə ölmədi”

Əs-Sədr ailəsi İraqın köklü şiə ailələrindən biridir. Onların sırasından xeyli Ayətullah və dini müstəvidə ciddi söz sahibi olan alimlər çıxıb. Ən pisi odur ki, son 40 ildə bu ailənin heç bir üzvü öz əcəli ilə ölməyib. Onların çoxu Səddam Hüseynin qurduğu sui-qəsdin qurbanı olub. Bəziləri zindanlarda ağlasığmaz işgəncələrə məruz qalıb.

Müqtəda əs-Sədrin qayınatası və əmisi Ayətullah Məhəmməd Baqir əs-Sədr. O, Ayətullah Seyid Baqir es-Hakimlə işbirliyinə getdi və Səddam Hüseynə qarşı onunla birləşdi. Səddam Hüseyn onun evinə hücum təşkil etdirdi. Ayətullah silaha sarıldı və iki saat Səddam Hüseynin adamları ilə döyüşdü, şəhid oldu. Onun İraq xalqına müraciətlə dediyi aşağıdakı fikrə diqqət edək: “Ey Əli və Hüseynin övladları və ey Əbu Bəkir və Ömərin övladları! Sizə bildirmək istərdim ki, İraqın problemi sünni iqtidarla şiə əhali arasında deyil. Əli bin Əbu Talib ədalət və islamı dəyərlər üzərində qurulmuş xilafətin rəhbərliyini müdafiə etmək üçün qılınc çəkdi. Əbu Bəkirin bayrağı altında Riddə savaşına qatıldı. O vaxt məzhəb fərqinə varmadan İslam bayrağı altında birləşdik. İndi də birləşməliyik”...
 
Ayətullah Məhəmməd Baqir əs-Sədr və Səddam Hüseyn

Ayətullah Məhəmməd əs-Sədr-Müqtəda əs-Sədrin atası 1999-ci ildə əyninə kəfən geyib minbərə çıxdı. Dedi ki, bilirəm, indi deyəcəklərimə görə həyatım əldən gedəcək. Ancaq yenə də deyirəm ki, zindanlara atılmış şiələr azad olmalıdır. Bir həftə sonra Ayətullah cümə namazından sonra maşına minərkən güllə yağışına tutuldu. O, iki oğlu ilə birlikdə qətlə yetirildi. Şiələr ayağa qalxdı. Səddam Hüseyn Ayətullahın dəfn mərasimin keçirmədən onun torpağa tapşırılmasına əmr verdi. Buna baxmayaraq, minlərlə şiə Ayətullahın cənazəsinə çiynini verdi. İnsanlar atəşə tutuldu. Həzrət Əli türbəsinin önü qan gölünə döndü. Ölənlərin sayı-hesabı yox idi. Bu azmış kimi, Səddam Hüseynin əmri ilə Ayətullah Məhəmməd Baqir əs-Sədrin 30 tələbəsi də edam edildi. Bağdadda yaşayan şiələrə divan tutuldu.

Ayətullah Məhəmməd əs-Sədr 1999 ile ilgili görsel sonucu

Ayətullah Məhəmməd əs-Sədr

Müqtəda əs-Sədrin əmisi oğlu Musa əs-Sədr Livanda son dərəcə populyar olan Amal Hərəkatının yaradıcısıdır. O və onu müşayiət edən iki nəfər 1978-ci ilin avqustun 31-də yoxa çıxdı. Bununla bağlı müxtəlif ehtimallar var. Ancaq hələ də bu hadisə müəmma olaraq qalır.

Musa əs-Sədr 1978 ile ilgili görsel sonucu

Musa əs-Sədr

Bu olay bəzi dindarların Musa əs-Sədr ilə 14-cü məsum, 12-ci imam və xəlifə olan qeybə çəkilmiş həzrəti Mehdi arasında müəyyən paralellər aparmasına səbəb olmuşdu. Xatırladaq ki, şiələrin inancına görə, qeybə çəkilmiş imam Mehdi qiyamətdən öncə zühur edəcək və bəşəriyyətin xilası naminə böyük işlər görəcək...

“Saddam City” necə “Sadr City”yə döndü
Əvvəl Bağdad şəhərinin bir hissəsi diktatorun şərəfinə “Saddam City” adlanırdı, indi həmin ərazi “Sadr City” kimi tanınır. Şəhər Müqtəda əs-Sədrin atasının şərəfinə belə adlanır. Təəssüf ki, bu qədər zülmlərə məruz qalan Sədr ailəsində başqa bir problem də var. Belə ki, Müqtəda əs-Sədr 1994-cü ildə evlənib. Onun xanımı Ayətullah Məhəmməd Bağıq əs-Sədrin qızıdır. Ancaq onların övladı yoxdur.

Ä°lgili resim


“Səud tayfasına inanan şiə”

Almaniyanın nüfuzlu “Spiegel” jurnalı Müqtəda əs-Sədri “Səud tayfasına inanan şiə” kimi təqdim edir. Yazır ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə-25 il sonra Bağdadda yenidən səfirliyin açıb. 1990-çı ildə Səddam Hüseyn Küveyti işğal etdiyinə görə Səudiyyə Ərəbistanı İraqla bütün əlaqələri kəsmişdi. Kürd muxtariyyətinin mərkəzi Ərbil şəhərində isə konsulluq fəaliyyət göstərir. 25 ildən sonra Əl-Riyaddan qalxan ilk uçaq Bağdada endi. Beləliklə iki ölkə arasında qarşılıqlı uçuşlar başladı. Səudiyyə Ərəbistanı ilə İraq arasında sərhəd-keçid məntəqəsi açıldı. 2018-ci ildə İraq və Səudiyyənin futbol komandaları Bəsrə şəhərində görüşdü. İraqlılar 4:1 hesabı ilə qalib gəldi və... Səudiyyə Ərəbistanı Bağdadda 100 min azarkeş tutan stadion tikməyə başladı. Bəsrə və Nəcəf şəhərində də konsulluğun açılışı gözlənilir.



2017-ci ilin avqustunda Müqtəda əs-Sədrə müxalif olan İraq mediası isə yazırdı ki, o, tərəfdarlarına gizli göstəriş verib ki, İraqda Səudiyyə Ərəbistanı əleyhinə olan şüarlar aradan götürülsün. Söhbət ondan gedir ki, 2016-ci il yanvarın ikisində Səudiyyə Ərəbistanında yerli şiələrin lideri kimi tanınan Şeyx Nimr Baqir əl-Nimr yerli rejim tərəfindən edam edildi. Buna cavab olaraq Tehranda yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə od vuruldu. Şeyx Nimr Baqir əl-Nimrin edamı İraqda da şiələri ayağa qaldırdı. Səudiyyə Ərəbistanı əleyhinə ciddi təbliğat başladı. Müqtəda əs-Sədr də Şeyxin edamına görə Səudiyyə Ərəbistanını sərt şəkildə ittiham etdi və Bağdaddakı Səudiyyə Ərəbistanının səfirliyinin bağlanmasını istədi. O, həmçinin Səudiyyə Ərəbistanını Bəhreyndə şiələrə divan tutulmasına görə də suçladı. Ər-Riyadın Yəmənə müdaxiləsini də pislədi. “Bu, İslam-Ərəb birliyinə qarşıdır”, dedi və hücumların dərhal dayandırlmasını tələb etdi. Ancaq az sonra Səudiyyə Ərəbistanında səfərdə olan Müqtəda əs-Sədr taxt-tacın rəsmi varisi elan olunmuş Məhəmməd bin Salman əl Səud ilə görüşdü. Nəticədə İraqda vüsət almış anti-Səudiyyə çıxışları səngidi.

Müqtəda əs-Sədr fürsətdən istifadə edib özünü İranla Səudiyyə Ərəbistanı arasında vasitəçi kimi təqdim etdi. O, hər iki ölkənin İraqdakı maraqların tənzimləməyə çalışır: “Mən bu iki dövlətin arasında vasitəçi olmağa hazıram. Əminəm ki, ortada olan bəzi problemləri birgə çözə bilərik. Bu, İraqın da xeyrinə olardı”. Səudiyyə Ərəbistanı hesab edir ki, Müqtəda əs-Sədr İraqda nə qədər güclü olsa bu, Səudiyyənin Bağdadda güclənməsinə dəstək ola bilər.

İraq iqtidarı isə ABŞ-la İran arasında vasitəçi olmağa can atır. Hələki hər iki vasitəçilik cəhdi heç bir nəticə verməyib.

Müqtəda əs-Sədr Bəşər Əsədin istefasını tələb edir
Livandaki Hizbullah hərbi düşərgələrində “Mehdi Ordusu”nun 300 döyüşçüsü təlim keçib. İran Hizbullah ilə “Mehdi Ordusu” arasında ilişiki yaradıb. 2009-cu ildə “Mehdi Ordusu”nun rəhbərliyində olan 30 nəfər sui-qəsd nəticəsində öldürülüb. Hazırda “Mehdi Ordusu”nda 10 min yaraqlının olduğu söylənilir. Bu silahlı birləşmənin 500 nəfəri Suriyada Şam, Hələb və Hamada xidmət etməkdədir.

mehdi ordusu ile ilgili görsel sonucu


“Mehdi Ordusu” yalnız 2014-cü ildə bəyan etdi ki, onlar Suriyada döyüşə giriblər. Ancaq İrana bağlı digər silahlı birləşmələrdən fərqli olaraq “Mehdi Ordusu” əsasən şiə ziyarətgahlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəyyən işlər görüb. Xüsusən Həzrəti Zeynəb türbəsinin qorunmasında onların ciddi əməyi var. Bu, önəmli məsələdir. Çünki Suriyadakı şiə ziyarətgahları dəfələrlə terror hücumuna məruz qalıb.

Bəşər Əsəd iqtidarının müdafiəsi “Mehdi Ordusu” üçün elə bir önəm daşımır. Zatən Müqtəda əs-Sədr Bəşər Əsədi Suriya xalqı naminə istefa verməyə çağıran Iraqin ilk şiə lideridir və o, bir neçə dəfə belə çağırışda bulunub.

Müqtəda əs-Sədr bəşər əsəd ile ilgili görsel sonucu


Bəşər Əsəd iqtidarının müdafiəsi “Mehdi Ordusu” üçün elə bir önəm daşımır. Zatən Müqtəda əs-Sədr Bəşər Əsədi Suriya xalqı naminə istefa verməyə çağıran Iraqin ilk şiə lideridir və o, bir neçə dəfə belə çağırışda bulunub.

Musavat.com














Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap