![]() |
|














“Amin Mərdəkanski hadisəsi“ ilə bağlı ŞOK TƏFƏRRÜAT - 25 il sonra özünü...
Tarix 09.08.24, 21:49 |
|

Avqustun 7-də, Bakının Mərdəkan qəsəbəsində, Xəzər sahilindəki restoranlardan birində atəş səsləri eşidilib. Sonradan bilinib ki, Şağan qəsəbə sakini 1993-cü il təvəllüdlü Ruhulla Cavanşir oğlu Abdullazadə atasının intiqamını almaq məqsədi ilə Mərdəkan qəsəbə sakini 1970-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevi öldürüb. Bəzi məlumatlara görə Ruhulla Abdullazadə odlu silahdan Amin Xudaverdiyevə 5, bəzi iddialara görə isə 35 dəfəyə yaxın atəş açıb.
Musavat.com-un redaksiyasına daxil olan məlumatda deyilir ki, Amin Xudaverdiyev 25 il əvvəl bir neçə nəfərlə eyni ərazidə, Xəzər sahilində Oktay adlı idmançını qətlə yetirib. Həmin vaxt Oktayın sifarişlə qətlə yetirilməsi xəbərləri çıxıb. Həmin xəbərlərə görə Oktayın aradan götürülməsi sifarişini Amin Xudaverdiyevə Hacı Zakir verib. Hacı Zakirin belə bir sifarişi verməsində də elə Amin Xudaverdiyevin rolunun olduğu deyilir. İddia olunur ki, o zaman Amin Xudaverdiyev Hacı Zakirə yol polisində çalışan Oktayın cinayətkarlarla əlbir olaraq onun oğlunu oğurlatdırmaq istədiyini bildirib. Həmin söhbət əsnasında Oktayı aradan götürə biləcəklərini deyib. Bundan sonra Xəzərin Mərdəkan qəsəbəsi ərazisindəki sahillərinə çağırılan Oktay Amin Xudaverdiyev və başının dəstəsi tərəfindən başına açılan atəşlə öldürülüb. Qətl törədiləndən sonra Amin Xudaverdiyev cinayəti öz üzərinə götürüb, lakin psixi xəstəliyinə dair əlində sənəd olduğuna görə onu həbsə almayıblar, barəsində məcburi müalicə qərarı veriblər.
Sosial şəbəkələrdə Amin Mərdəkanskinin qətli ilə bağlı yazılan şərhlərdə onun Oktayı qətlə yetirilməsinə toxunulur, belə aydın olur ki, Oktay qətlə yetirilərkən ailəli olub, onun 1 övladı varmış.
Həmin şərhlərdən birinin mətnini təqdim edirik:

-25 il qabaq dəniz kənarında 29 yaşlı, 1 yaşlı uşağın atasını (Oktayı nəzərdə tutur – E.M) dost saydığı tərəfindən öldürülməsini eşidəndə də biz heyf demişdik.
Hər kəsə öz yaxını əzizdir. Bu şəxs (Amin Xudaverdiyevi nəzərdə tutur – E.M) ən azından 52 il yaşadı. Nəsli davam edir. Amma öldürdüyü oğlan evin tək oğlu, nəslin sevimlisi, dayağı idi.
Amin Mərdəkanskinin kriminal aləmdə ilk addımları barəsində bəzi təfərrüatlar əldə etmişik.
Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.
Mərdəkan və ətraf qəsəbələrdə torpaqların zəbt olunmasında tez-tez Rövşən Lənkəranskinin adını hallandırıb. Elə qətlə yetirildiyi istirahət mərkəzinin yerləşdiyi ərazinin 50 faizinin də Amin Mərdəkanskiyə məxsus olduğu, eyni yolla zəbt edildiyi bildirilir. Kriminal aləmdə Amin Mərdəkanski kimi tanınan Amin Xudaverdiyevi 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin odlu silahdan açdığı atəşlə qətlə yetirməsinin kökündə də torpaq məsələsi dayanır. Amin Xudaverdiyev bir neçə dəfə evli olub. Onun Pribaltikadan olan bir xanımla izdivacından dünyaya gələn qızı ilə Amin Xudaverdiyevin qətlinə görə həbsə alınan Ruhulla Abdullazadənin qardaşı Elməddin Abdullazadə ilə evlidir. Ötən il Amin Xudaverdiyevlə qudası Cavanşir Abdullayev arasında torpaq mübahisəsi olub. Amin Xudaverdiyev Mərdəkan və ətraf qəsəbələrdə çoxsaylı torpaq sahələrinin zəbt olunaraq digər şəxslərin adına keçirilməsində müstəsna rol alıb. Belə torpaq sahələrindən biri də qudasına məxsus olub. Qudası torpaq sahəsini Amin Xudaverdiyevə vermək istəmədiyindən aralarında kəskin mübahisə olub. İş o yerə çatıb ki, Amin Xudaverdiyev qızını qudasının evindən çıxararaq öz evinə aparıb. Qızının həyat yoldaşı Elməddin Abdullazadəni də həbslə hədələyib.
Sonradan Elməddin Abdullazadə odlu silah gəzdirmə ittihamı ilə həbsə alınıb və hazırda həbsdədir. Amin Xudaverdiyevlə Cavanşir Abdullayevin mübahisəsindən bir neçə ay sonra, 2023-cü il noyabrın 1-də, günün günorta çağı sonuncu evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qəddar qətl Cavanşir Abdullayevin Şağan qəsəbəsindəki evinin qarşısında, daim hərəkət olan küçənin ortasında, kameraların “gözü” qarşısında törədilib. Qətli icra edən Cavanşir Abdullayevin qudası Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev olub. Sonradan yayılan qətl səhnəsinin videosundan da görünür ki, Cavanşir Abdullayev özünə məxsus həyətin qarşısında avtomaşından düşür. Həmin vaxt əraziyə “Mercedes” markalı maşın gəlir və avtomaşının yanında dayanır. Maşının arxa sağ qapısı açılır və oradan Pərviz Xudaverdiyev düşərək Cavanşir Abdullayevə tərəf qaçır. Ona çatanda ilk olaraq qarın nahiyəsinə atəş açır. Yerə yıxılan Cavanşir Abdullayev özünü itirmir, ayağa qalxır, ona güllə atıb yaralayan Pərviz Xudaverdiyevin üstünə atılır, onun əlindəki silahı almağa çalışır. Pərviz Xudaverdiyev onu geri itələyir və növbəti atəşlə Cavanşir Abdullayevi yerə yıxır. Bu zaman Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə əlində taxta parçası ilə Pərviz Xudaverdiyevin üstünə qaçır. Ona tərəf açılan atəşdən yayınmaq üçün geri atılır. Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin geri çevrildiyini görəcək yerdə çabalayan onun atası Cavanşir Abdullayevin başına “kantrolnı” atəş açır. Bundan sonra 5 addım aralıda onu gözləyən, arxa sağ qapısı açıq “Mercedes”ə atılır və maşın yüksək sürətlə ərazidən uzaqlaşır. 9 ay əvvəl atasının qəddar qətli 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin gözləri qarşısında baş verib.
Qudalar arasındakı mübahisə beləcə qan davasına, qan intiqamına çevrilib. Belə iddialar var ki, Cavanşir Abdullayev qətlə yetirilən gün Pərviz Xudaverdiyevi hadisə yerinə gətirən “Mercedes” markalı maşında sürücü və digər şəxslə yanaşı Amin Xudaverdiyevin özü də olub. Cavanşir Abdullayevin qətlindən sonra Pərviz Xudaverdiyev və onu hadisə yerinə gətirən “Mercedes”in sürücüsü həbsə alınıb. 2023-cü il noyabrın 1-də, günün günorta çağı baş verən amansız qətllə bağlı hazırda istintaqın davam etdirilməsi xəbəri var. Qətlə yetirilən Amin Xudaverdiyevin kriminal keçmişi ilə bağlı da ilginc məlumatlar var. Bildirilir ki, Amin Xudaverdiyev ilk qətli ötən əsrin 90-cı illərin əvvəllərində törədib. O zaman atasının dostuna bir neçə bıçaq zərbəsi endirməklə həyatına son qoyub. Bundan sonra Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Xəstəxanasından psixi çatışmazlığı ilə bağlı sənəd alınmaqla Amin Xudaverdiyev qətlə görə cəzadan kənar saxlanılır. 22 yaşında törətdiyi qətldən sonra Amin Xudaverdiyevin dosyesinə daha bir qətl işi yazılır. Qeyd etdiyimiz kimi Amin Xudaverdiyevin törətdiyi növbəti qətl sifarişli olub. Öldürülən Oktay adlı şəxs Mərdəkan qəsəbəsinin sakini, polis əməkdaşı olub. Qətlin sifarişçi isə Gədəbəydən olan Hacı Zakir imiş. Lakin o zaman Amin Xudaverdiyev cinayəti boynuna götürüb, qətli təkbaşına törətdiyini deyib. Ortaya psixi xəstəliyinə dair sənədi çıxarıb. Bu sənəd sonrakı qətllər zamanı da Amin Xudaverdiyevin dadına çatıb, onun “xilas kəməri”nə çevrilib. Ümumilikdə Amin Xudaverdiyevin “ayağında” 20-dən çox qətlin olması barədə də iddia var. Qeyd olunur ki, Amin Xudaverdiyev buna görə kriminal aləmdə həm də “killer Amin” kimi də tanınırmış.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Xəbərin oxunma sayı : 1411
Kriminal
Xəbərlər
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
TOP 10
ARXİV