Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Anka-Aksungur” silahlı PUA Türkiyə Ordusunun silahlanmasına verilib - VİDEO

Tarix 20.10.21, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Aviasiya və Kosmik Sənayesi tərəfindən hazırlanan “Anka-Aksungur” silahlı pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə bu gün Türkiyə müdafiə sənayesi naziri İsmail Dəmir bildirib.

İ. Dəmir qeyd edib ki, “Anka-Aksungur” bütün testlərdən uğurla çıxıb və ilk belə silahlı pilotsuz aparatı Türkiyə Dəniz Qüvvələri Komandanlığına təqdim edilib.

“Anka-Aksungur” 750 kq faydalı yük götürür, 50 saat havada qalır.

Qeyd edək ki, “Anka-Aksungur”un uzunluğu 12 m (39 fut), hündürlüyü 3 m-dır (9,8 fut). PUA-nın gövdəsi mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədədir. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kq ağırlığında yük daşımaq üçün nəzərdə tutulur.

Gündüz və gecə çoxfunksiyalı kəşfiyyat, müşahidə, hücum imkanlarına malikdir. “Aksungur” TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, “Roketsan Cirit”, MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etmək qabiliyyətinə malikdir.







Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap