![]() |
|














“Atamın 27 ildir incidilən ruhu şad oldu“ - Qubad İbadoğlu Füzuli həsrətindən danışdı
Tarix 17.10.20, 22:49 |
|

27 sentyabr tarixində Azərbaycanın müzəffər Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabr 2020-ci ildə Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndləri işğaldan azad edilib.
Bu gün isə Ali Baş komandan İlham Əliyev Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan azad olunduğunu elan etdi. Ordumuzun bu qələbəsi isə çoxlu sayda insanın illərdir xiffətini çəkdiyi Füzuli həsrətinə son qoydu.
Füzulidən olan iqtisadçı-ekspert Qubad İbadoğlu sevincini Musavat.com-la bölüşüb:

"Füzulinin alınmasını müharibənin ilk günündən gözləyirdim. Çünki artıq sentyabrın 27-də Azərbaycanın rəşadətli Ordusu Füzuli tərəfdən ermənilərin əks-hücumunu dəf etmək üçün təmas xəttini yarmaq məcburiyyətində qalmışdı. Çox uğurla irəliləyə bilmişdi. O zaman tələsib Füzulinin alınma xəbərini də paylaşmışdım. Amma sonradan məlum oldu ki, Füzuli ermənilər tərəfindən boşaldılsa da, Azərbaycan tərəfinin nəzarətinə keçməyib. Çünki Füzulinin ətrafındakı yüksəkliklər, o cümlədən Ərgünəş dağları, Məngələnata yüksəkliyi ermənilərin nəzarətində idi. Müzəffər Ordumuzun zəfər yürüşü həm də həmin yüksəkliklərin fəth edilməsi ilə nəticələndi. Şükürlər olsun ki, Füzuli alındı. Füzuli artıq bizdədir. O gün olsun ki, Qarabağın digər rayonlarının, Şuşanın, Xankəndinin sevincini yaşayaq. Azərbaycanla Amerika arasında səkkiz saat fərq olmasına baxmayaraq, demək olar ki, mənim də gecəm, gündüzüm bir-birinə qarışıb.
Məhz elə bu gecə də Amerika vaxtı ilə saat 3 olsa da, yatmamışdım. Gözləyirdim ki, nə isə bir xəbər alacam. Daxilimdə bir hiss var idi ki, indicə Azərbaycan üçün əhəmiyyətli bir xəbərin sevincini yaşayacağıq. Görəndə ki, Prezident İlham Əliyevin xalqa müraciəti var, bu barədə məlumatı elə sizin qəzetdən oxudum. Başqaları ilə də paylaşdım, özüm də dərhal canlı yayından izləməyə başladım.
Eşidəndə ki, Füzuli və başqa kəndlər azad olunub, 27 illik həyatımda, demək olar ki, ən böyük sevincimi yaşadım. Bu sevinc öz torpağını itirən hər bir azərbaycanlıya qismət olmalıdır. Buna bütün məcburi köçkünlərin, qaçqınların ehtiyacı var. Bütövlükdə Azərbaycanımızın ehtiyacı var".
Q.İbadoğlu onu da bildirib ki, Füzulinin alınması Azərbaycan Ordusunun mövqelərinin möhkənlənməsi deməkdir:
"Hərbi strateji baxımdan Azərbaycanın böyük uğurudur. Siyasi nöqteyi-nəzərdən də hesab edirəm ki, bu Azərbaycan üçün həqiqətən, əhəmiyyətli bir hadisədir. Füzulinin alınması həm də onu göstərdi ki, Azərbaycan Ordusu ən çətin, ən ağır döyüşlərdən qalib çıxır. Bilirəm ki, Füzulinin alınması asan başa gəlməyib. Çünki Hadrut uğrunda gedən döyüşlər də göstərdi ki, ermənilər xüsusilə Füzuli, Hadrut ərazilərində kifayət qədər səfərbər olublar. Ən yüksək yerlərdə mövqe qurublar. Təbii istehkamlardan da faydalanırlar. Amma bu qələbə həm ağılın, həm də hərbi taktikanın birləşməsidir. Çünki ağıllı hərbi strategiya və düzgün hərbi taktika əhəmiyyətli olan bir ərazinin - Füzuli və ətraf kəndlərin azad edilməsi ilə nəticələndi. Mən Füzulinin Aşağı Güzlək kəndində doğulmuşam. Düzdür, bizim kəndin alınması hələ elan olunmayıb, amma düşünürəm ki, o da Ordumuzun nəzarətində olmalıdır. Çünki ətraf kəndlərin alınması barədə məlumatlar var. Ən böyük arzum odur ki, tezliklə vətənə qayıdıb, həm Füzulini, həm də doğulub boya başa çatdığım Aşağı Güzlək kəndindəki müqəddəs yerləri ziyarət edim. İlk olaraq atamın məzarına baş çəkim, onun 27 ildir incidilən ruhu, hesab edirəm ki, şad olub. İnanıram ki, atamın məzarını ziyarət etməyimiz onun ruhunu şad edəcək. Allah belə bir sevinci, belə ziyarəti bütün azərbaycanlılara qismət eləsin. Hər kəs öz torpağına qayıtsın, hər kəs öz elində, obasında yaşasın, öz doğma yurdunda əzizlərinin məzarını istədiyi vaxt ziyarət eləsin.
Füzuli həm də iqtisadi baxımdan əhəmiyyətli bir rayondur. Rayonun həm də münbit torpaqları çoxdur. Füzuli rayonu sovet dövründə, əsasən, üzümçülük üzrə ixtisaslaşmışdı, amma sonradan həm də digər kənd təsərrüfatı sahələrində də yaxşı nəticələr göstərmişdi. Rayon 1993-cü ilin 23 avqustunda işğal olundu. Ərazisi 1386 kilometrdir. Rayonun 90 faizi azad olunub. Tarixi baxımından da əhəmiyyətli rayondur. Füzuli rayonunun ərazisində çoxlu tarixi memarlıq abidələri var. Rayonun 51 kəndi işğal altında idi və bu kənddən təxmini 55 min insan məcburi köçkün düşmüşdü. 21 kənd isə bizdə idi. Ümumi 72 kəndi var idi. Mənim hesablamalarım göstərir ki, rayonun 90 faizi azad olunub. İnanıram ki, 10 faizi də tezliklə azad olunacaq. Bu, Füzuli rayonundan Xocavənd rayonuna gedən yolun üzərində olan kəndlərdir".
İqtisadçı onu da bildirib ki, Füzuli rayonu Azərbaycan iqtisadiyyatının dirçəlməsində, inkişafında əhəmiyyətli rol oynayacaq:
"Rayonun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan, tərəvəz aparıcı rol oynayıb. Hətta vaxtilə pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsalı üzrə yaxşı nəticələri olub. Rayon həm də kommunikasiyaların, infrastrukturun qovşağında yerləşib. Füzuli həm də Zəngilan, Cəbrayıl, Qubadlı üçün
təchizat bazası idi. Rayonun sənaye potensialı yüksəkdir. Çünki rayonda yerli əhəmiyyətli təbii resursların, xüsusilə dağ-mədən sənayesinin inkişaf imkanları var. Füzuli rayonunun böyük üstünlüyü ondan ibarətdir ki, rayon həm də elm adamları ilə, akademik sahədə müvəffəqiyyət qazanmış adamları ilə həmişə öndə olub. Odur ki, Füzuli rayonunun alınması digər rayonların alınmasında da əhəmiyyətli rol oynayacaq".
Q.İbadoğlu ermənilərin Gəncədə törətdikləri qətliam barədə də fikirlərini bilidirib:
"Gəncədə baş verən hadisə terrordur, Azərbaycan Ordusu terrorçularla üz-üzə qalıb. Qarabağdan onları təmizləməklə məşğuldurlar. Gəncə terrorunu bütün dünyaya çatdırmaq lazımdır. Çalışırıq, xaricdə müəyyən tədbirlər həyata keçirək. Sabah dünyanın bir çox yerlərində etiraz aksiyaları keçiriləcək. Avropada, Amerikada, Kanadada tədbirlər olacaq. Düşünürəm ki, Gəncə hadisələrini dünyaya olduğu kimi çatdırmaq lazımdır. Həm əvvəlki, həm də indiki qətliam barəsində. Biz Gəncə hadisələrinə hüquqi qiymət verməliyik. Bu, həm ölkə, həm də beynəlxalq səviyyədə olmalıdır. Sabaha iki tədbir planlaşdırmışıq, düşünürəm ki, həmin tədbir iştirakçıları ilə Gəncə terroru, müharibə cinayəti haqqında məlumatı beynəlxalq səviyyədə lazımi dairələrə çatdıracağıq".
Xəbərin oxunma sayı : 889
Sosial
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV