Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çaylarda suyun səviyyəsi dəyişdi – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Tarix 13.08.18, 1:15

Font ölçüsü : - / +
bitmap-img6


Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məıumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 50-130, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 38 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, avqustun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 30, Bankədə 24 sm artım qeydə alınıb, lakin Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il avqustun 10-da 352 sm), Şirvanda 177 sm (2017-ci il avqustun 10-da 211 sm), Salyanda 131 sm (2017-ci il avqustun 10-da 123 sm), Bankədə 201 sm (2017-ci il avqustun 10-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il avqustun 10-da 70 sm) təşkil edib.



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap