Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat hazırlanacaq“ - Aparat rəhbəri

Tarix 23.09.21, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


"İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri Azərbaycana 4 günlük səfərə gəliblər. Bu səfər Azərbaycan Ombudsmanı Səbinə Əlıiyevanın təşəbbüsü ilə həyata keçirilir".

"Report"un xəbərinə görə, Ombudsman Aparatının rəhbəri, Müstəqiı Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ombudsmanın dəvəti əsasında nümayəndə heyəti Azərbaycanda xüsusi faktaraşdırıcı missiya həyata keçirəcək: "Missiyanın əsas istiqamətləri işğaldan azad olunmuş yerlərə baxış keçirmək, orada 30 il ərzində erməni işğalçıları tərəfindfən dağıdılmış məscidlər, sosial obyektlər, ümumiyyətlə, vaxtilə gözəl vəziyyətdə olmuş Azərbaycan şəhərllərinin indiki vəziyyətini görməkdir.

Daha sonra 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş cinayətlər yerində araşdırılacaq. Tərtər şəhərinə səfər planlaşdırılır. Orada qadağan olunmuş silahlardan açılan atəş nəticəsində mülki əhaliyə dəyən zərər yerində araşdırılacaq.

Daha sonra Gəncəyə səfər ediləcək. Azərbaycanın ikinci böyük şəhərinə atılmış raket zərbələrinin nəticələri yerində araşdırılacaq. Bütün dünya tərəfindən, beynəlxalq sənədlərlə qadağan olunmuş minaların basdırılması ilə bağlı pozuntular da yerində araşdırılacaq".

Aparat rəhbəri qeyd edib ki, sonda xüsusi hesabat hazırlanacaq: "Bu hesabat İƏT-in Xarici İşlər Nazirlərinin Şurasına da təqdim olunacaq. Təmsil etdiyim komissiyanın BMT-nin müqavilə qurumları ilə də çox sıx əlaqələri var. Bu hesabat həmin qurumların da diqqətinə çatdırılacaq".



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap