“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi

Tarix 27.09.26, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində hərbçilərimizlə yanaşı 94 mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Ən acı taleyi yaşayanlardan biri də 44 günlük müharibənin ilk qurbanlarından olan Qurbanovlar ailəsidir.

AzFakt.com-un məlumatına görə, müharibənin ilk günü Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması nəticəsində Naftalan şəhərinin Qaşaltı kəndində yaşayan Qurbanovlar ailəsinin 5 üzvü şəhid olub. 

Bunlar həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri - 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyardır.

Ailənin başçısı isə evdə olmadığına görə sağ qalıb. O, hərbçi olduğu üçün həmin vaxt cəbhədə döyüşlərdə iştirak edib.

Xatırladaq ki, bu gün 44 günlük Vətən müharibəsindəki zəfərə aparan yolun başlanğıcı - Anım Günü kimi qeyd olunur. Bütün ölkə ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır.






Xəbərin oxunma sayı : 58




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap