Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir” - Hikmət Hacıyev

Tarix 19.03.24, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir, “Vahid Çin” siyasətini dəstəkləyir və bir-birinin əsas maraqlarına aid məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır.

S.Veydonq isə qeyd edib ki, Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə bütün səviyyələrdə sıx əlaqələr saxlayır, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və beynəlxalq səviyyədə səmərəli koordinasiya həyata keçirib:

“Pekin iki dövlət başçısı arasında əldə edilmiş ümumi razılaşmalara əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək və Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yüksəltmək üçün əməkdaşlıq etməyə hazırdır”.



Xəbərin oxunma sayı : 895




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap