| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
Tarix 27.04.24, 11:40 |
|
“Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır”.
Bunu Xalq artisti Faiq Ağayev Kult.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Faiq bəy, təhsilinizi aktyorluq üzrə almısınız. Niyə davam etmədiniz?
- Əslində, indiyə kimi davam edirəm. Konsertlərim, kliplərim, hər çıxışım bunu təsdiqləyir. Hə, bəlkə dramatik aktyor kimi yox, amma ixtisasıma görə musiqili teatr aktyoruyam, o istiqamətdə realizə etdim özümü.
- Yəni kliplərdə aktyorsunuz?
- Bəli. Rejissorlar məni aktyor kimi görmür nədənsə. Buna da, məncə, iki səbəb var. Ya məni aktyor kimi özləri üçün kəşf edə bilmirlər, ya da qonorarımdan qorxurlar.
- Bəs Faiq Ağayev müğənni olmasa, kim olardı?
- Həkim. Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm.
- Sosial şəbəkə istifadəçiləri bir ara sizi Milli Məclisdə görmək istəyirdilər. Siz özünüz bunu istəyirsiniz?
- Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, sevgidir, mərhəmətdir. Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz.
- Onda bu, onların zəif olduğuna işarə deyil?
- Qətiyyən, siyasətin özəllikləri var, sənətin öz. Onlar beyinə, ağıla müraciət edir, mən isə könüllərə, ürəklərə.
- “İstənilən deputatdan güclüyəm” demişdiniz. Yenə elə düşünürsünüz?
- Bayaq dedim də, sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram.
- Parlament seçkisi olsa, namizədliyinizi verəcəksiniz?
- Hazırda planlarım solo konsertlə, yeni mahnılarla bağlıdır. İndilik başqa bir fikrim yoxdur.
- Bəs deputat olsanız, səlahiyyətinizdə dəyişmək olsa, musiqi sahəsində nəyi dəyişərsiniz? Məsələn, senzura istəyərsiniz nədəsə?
- Hüquqi dövlətdə hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var, sırf istəyimizə görə, lap bayağı olsa da, mahnıları qadağan edə bilmərik. Bunu media, televiziya və radiolar özü həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etmə. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.
- Bəs dəvət etməmək də senzura deyil?
- Dəvət edib-etməməyə qadağa yoxdur. Dəvət edirsənsə, ən azından bayağı danışmağa imkan vermə. Oxusun, danışmasın.
- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?
- Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəyəm.
- Amma sevgiyə görə getdiyinizi demişdiniz…
- Hə, o heç, cavanlıq səhvim idi (gülür). Yarım il uzaqlaşdım səhnədən, amma gördüm ki, sənətsiz özüm özümə maraqsızam.
- Ananız desə, son qoy sənətə, bəs onda necə?
- Anam heç vaxt deməz elə. Başlanğıcda qadağa qoymuşdu, amma sonra gördü ki, düz qərar deyil. O, həm ən böyük tənqidçim, həm də ən böyük pərəstişkarımdır. Anam tutarlı bir səbəb gətirib, desə ki, sənətdən get, bu barədə düşünərəm.
- Sizdə nəyi tənqid edir?
- Məsəlçün, deyə bilər ki, kaş filan sözü efirdə deməzdin. Hər dəfə efirdən sonra zəng edir, müzakirə edirik, geyimdən danışığa qədər. Allaha dua edirəm ki, bu məsləhətləri uzun illər eşidim.
- Faiq bəy, siz həm də intellektiniz, ədəbiyyata olan marağınıza görə seçilirsiniz. Daha çox hansı janrda kitablar oxuyursunuz?
- Sizə bir sirr açım, düz 4 ildir, kitab oxumuram. Bilmirəm həyatımda nə mərhələdir, amma uzaq düşmüşəm kitabdan. Sonuncu oxumağa başladığım “Şantaram”dır.
- Çingiz Abdullayevi bəyənməyən adamlar çoxdur. Deyirlər, detektiv, xüsusilə onun detektivləri yaxşı deyil. Siz isə onu çox bəyənirsiniz.
- Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın Çingiz Abdullayevdən xoşu gəlməyə bilər, amma bu, o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə, okeanda ən səs-küylü canlı krevetkadır. Çingiz Abdullayevə haqsız olaraq irad bildirənlər mənimçün o okeanda səs salan krevetkalardır. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içindəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, “Faiq Ağayevə sərt qadağa: Toyu tam oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bu qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam.
- Deyəsən, bu da anons oldu, hə?
- Aha, elə oldu. Elə buradan deyim, hazırlaşın, konsertlər baş tutacaq.
- Faiq bəy, müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Nəzərə alaq ki, mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. “Facebook” dostlarımdan Nadir Yalçının yazıları ilə tanışam. Belə, bu cür. Çoxdur, sosialdan çox oxuyuram yazıları, məqalələri. İndi hamısı yadıma düşmür müəlliflərin, üzrlü saysınlar. Bir az pis səslənsə də, üzdə olanları oxumuşam. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.
- Faiq bəy, bəs gənc musiqiçilər necə, onlardan da qəbul etmədiyiniz var?
- Əgər söhbət təmsil etdiyim estrada, pop musiqisi haqda gedirsə, yoxdur eləsi. Bir də görürsən ki, yaşlılar cavanlara səbəbsiz irad tuturlar. Özü, məcazi desək, ehtiyatdadır, neçə ildir fəaliyyətdə deyil, heç bir yenilik etmir. Faktiki olaraq, döyüşdə deyil, amma hücuma keçir. Keyfiyyətli işlərinlə cavab ver, örnək ol. Yoxsa ki, ehtiyatda olan yazıçı, musiqiçi boş yerə irad tuta bilməz.
- Bəs əxlaqi iradlar?
- Əxlaq iradı bacarıqsızların ən son sığınacağıdır. Bütün dünyada Vaqneri inkar edirdilər Hitlerə görə. Amma kainat boyda sənətkardır. İrad bildirdiklərim mənimlə eyni janrda çalışanlardır ki, onu da təkbətək edirəm. Deyirəm ki, toy mahnısı yazdırdın? Əla, gözəl, çörəkli olsun! Amma birini də sənət üçün yazdır.
- Bəs gənclər yaşlılara irad bildirəndə? Məsələn, bir gənc musiqiçi Faiq Ağayevi tənqid etsə?
- Faiq Ağayevi tənqid edirsə, Faiq kimi iş görə bilməlidir. Məsələn, kimsə desə ki, buna bax e, zalı doldurmadı - onu gərək bacara bilən desin. Amma “mənim qədər et, nəsə iş gör, sonra irad bildirərsən” demək, “staj” davasıdır sadəcə.
- Kifayət qədər tanınan müğənnisiniz.
- Kifayət qədərdən də çox (gülür).
- Sosial şəbəkədə də kifayət qədər aktivsiniz. Necə düşünürsünüz, bunun ziyanı nədir? Məşhurluğu nəzərə alsaq, insanlardan qəribə mesajlar alırsınızmı?
- Mən “Xalq artisti” adını “xalqın artisti” kimi qəbul edirəm. “Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. “Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. “Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam” deməkdir.
- Bəs qəribə mesajlar necə?
- Doludur. Xüsusi ilə də “Instagram”da.
- Məsələn…
- İntim təklif edənlərdən “gəl təhsil haqqımı ödə” əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə “ödə” deyir.
- Faiq bəy, haqqınızda çox iddialar olub. Geyiminizdən, hərəkətlərdən, görünüşünüzə qədər. Narahat olursunuzmu? Biri deyir qaş alır, biri deyir belə geyinir.
- Qətiyyən narahat deyiləm. İnsan bilmədiyinin düşmənidir və nəyə inanmaq istəyirsə, ona da inanır. Haqqımda mənfi danışan adamlar məni tanısa, bilərlər ki, yanlış hərəkət edirlər. Haqsızcasına ünvanıma təhqir səsləndirənlər küçəyə atılan siqaret kötüyü kimidir mənim üçün, qaragüruhdur.
- Zamanla adınız şou-biznes adamları ilə qalmaqallarda da hallanıb. Amma özünüz efirdə təkzib edirsiniz. Aygün Kazımova ilə rəqabət davam edir?
- Təkzib etmirəm, əksinə, deyirəm ki, bizim yabalaşan zamanlarımız olub. O da, mən də 35 ildir səhnədəyik. Bu qədər zamanın cəmi 8-9 ilini dalaşmışıq. Bu da ona görə ki, iki qoçun başı bir qazanda qaynamaz.
- Yəni, sizin rəqibinizdir?
- Yox, rəqib deyilik, çünki ayrı cinslərik. Aygünlə müasir pop musiqisinin baniləriyik. İndiki sağlam musiqiçilər bizim qurduğumuz qaydalarla hərəkət edirlər ki, mahnı, klip, konsert və bunların üzərindən qurulan işlər uğura aparır. Qalmaqal da olsa, məişət qalmaqalı yox, məhz sənət qalmaqalı olmalıdır. İndiki halda səhnə cameəsi bir-biri ilə abırsız şəxsi qalmaqallar salanda, gülməyim gəlir. Onlarınkı qalmaqal yox, çayxana-salon söhbətləridir.
- Toylara da gedirsiniz, özü də çox. Sizcə, toy sənəti öldürmür?
- Qətiyyən. Qədimdən bizim xanəndələrimiz - Cabbar Qaryağdıoğlundan tutmuş Əlibaba Məmmədova kimi, pulu toydan qazanıblar. Mən toya gələndə, məclisə özümlə konsert gətirirəm. İnsanın daxili düzgündürsə, toy ona mane ola bilməz. Biz haradansa pul qazanmalıyıq axı.
- Cabbar Qaryağdıoğlu dediniz. O bir dəfə demişdi ki, səsim batmasın deyə 50 yaşıma kimi evlənmədim…
- O vaxt belə inanclar var idi. Bir misal gətirim, İncəsənət Universitetinə daxil olanda müəllimlərimdən biri demişdi ki, 5 il siqaret, içki, cinsi əlaqə arzuolunmazdır - vokalçısan, səsinə ziyandır. Amma görünür ki, bu tələblərə tabe olmadan da fəaliyyət mümkündür. Hər şeyin qədərini bilmək vacibdir. Yeri gəlmişkən, səsi qorumağın bir yolu da elə davamlı oxumaqdır.
- Faiq bəy, birdən səsiniz batsa necə? Heç olmasa, Niyam Salami kimi bir obyektiniz varmı?
- Çox təəssüf, yoxumdur, yeganə gəlir yerim musiqidir. Çox istəyərdim olsun. Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm.
- Musiqidə və ümumən qırmızı xəttiniz nədir?
- Birmənalı şəkildə tərbiyəsizlik. Elementar etika qaydaları var - danışıq tərzi, davranış forması, özünü aparmaq bacarığı. Bunlar çox vacib məsələlərdir, hamı riayət etməlidir.
- Sizdə sanki bir az eqoizm də var. Bir “mən-mən” ədası sərgiləyirsiniz.
- Çalışıram ki, əksinə, “mən-mən” deməyim. Çünki əvəzimə danışan nəaliyyətlərim var. Amma ümumi götürsək, sənət eqo sahəsidir. Eqosuz insan sənətdə uğur qazana bilməz. Lakin bunun da formaları var. Bir var eqo, biri də xudbinlik - “oyyy, görün kim gəlir, mən gəlirəm, mənəm, ən çox mən, mən beləyəm, eləyəm” ədası. Bunlar fərqlidir.
- Məsələn, rəhmətlik İlhamə Quliyeva belə idi…
- İlhamə xanım sənəti olub da, kəskin danışanlardan idi, hər şeyi üzə deyirdi. Mən onu bu cür qəbul edirdim. Allah rəhmət eləsin. Heç kimi şəxsi xüsusiyyətlər müstəvisində qiymətləndirmirəm. Yəni, birinci sənətinə baxıram.
- Məsələn, Flora Kərimovanı necə?
- Onu da, gözəl sənətkardır. Mənə onun mahnıları vacibdir, şəxsi həyatı, prinsipləri yox.
- Sənət adamlarından çox vaxt tələb edirlər ki, az qala hər məsələdə ortaya mövqe qoysunlar. Haqlıdırlar?
- Xeyr. Bu, hər kəsin şəxsi məsələsidir. Kim istəsə, nəyəsə fikir bildirər, kim istəməsə - bildirməz. Mən hər şeyi sənətimlə bildirirəm, işim budur, başqa nələrəsə ehtiyac duymuram. Məsələn, siyasi mövqe qoymaq üçün siyasətçilər var. Mənim siyasi mövqeyim sənətdir, sevgi-məhəbbətdir...
Xəbərin oxunma sayı : 1405
Maqazin
Xəbərlər
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
-
Əfqanıstanda qızıl mədəni davası - Bədəxşanda silahlı toqquşmalar baş verib
-
Yerli azarkeşləri təhqir ediblərmiş - “Sabah” bəyanat yaydı
-
Emin Əmrullayevin təzhizatçı qaynı - Nihad Hənifəyev və STEAM milyonları
-
AzTV-nin əməkdaşı dənizdə batdı - Vətən müharibəsi iştirakçısı idi
-
Suraxanıda qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
-
Dollar qarşısında ən çox bahalaşan və ucuzlaşan valyutalar - Siyahı
-
“İran ancaq danışır, amma icraat yoxdur” - Tramp
-
Taksi sürücüləri üçün imtahan keçiriləcək - qeydiyyat başlayıb
-
Ötən il rektor əvəzi idi - Vüsal Nəsirli onu departament rəhbəri təyin etdi (FOTO)
-
Xocavənddə buldozer minaya düşdü - 2 nəfər xəsarət aldı
-
“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır - Siyahı
-
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
-
Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...
-
Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı
-
ABŞ-da inflyasiya açıqlandı: “FED“in faiz artımı ehtimalı azalır
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sabah“ - “Orhus“ oyununda insidentə görə cinayət işi başlanıldı - Saxlanılanlar var
-
Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL
-
Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı
-
“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır - Rəsmi
-
Mehdiyevlə bağlı yeni faktlar üzə çıxdı:“Göbələk Feyruz” kimdir?
-
Biləcəridə yerləşən “Qəsr” restoranında qanunsuz artırılma – İcazəni icra başçısı verib?
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib? - Cinayət işi açıldı
-
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları
-
Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH açıqladı
-
Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı
-
Şəki Rayon Məhkəməsinə yeni təyinat - FOTO
-
“Ferrum Kapital“ Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
-
“Böyük Qayıdış prosesinə kölgə salmağa çalışanlar var” - “Qaçqınkom”
-
Naxçıvanda çalışan sahibkarlara 10 illik güzəşt - Bu vergilərdən tam azad edilir...
-
Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar
-
Dövriyyəsi milyonlarla manat azalan investisiya şirkətləri - CƏDVƏL
-
Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
-
Prezident İlham Əliyev iki səfiri geri çağırdı - Yeni təyinatlar
-
Vens Zelenskidən nəyi xahiş edib? - Ukrayna artıq bu gəmiləri vurmur
-
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - Siyahı
-
Nərimanovda 5 mərtəbəli obyekt satılır - 6,5 milyon manata (FOTO)
-
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı: 258 milyon manat ayrıldı
-
“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı-VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - VİDEO
-
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - TƏFƏRRÜAT/FOTO
-
Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri
-
“Saxta nikah“, məcburiyyət, aldatma - Nikah hansı hallarda etibarsız sayılır?
-
DİN-dən onlayn alış-verişdə kiberdələduzluqla bağlı – Xəbərdarlıq
-
Azərbaycanda ucuz avtomobillər hərracda - 600 manatdan başlayır
-
Ermənistan Aİİ üzrə referendum keçirməsə, addımlar atılacaq - Qaluzin
-
“Mirana Luxury“ şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyona
-
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
-
“Heyvan alıb satacağıq, qazanc verəcəyəm“ - Bakıda vətəndaşları aldadana CƏZA
-
Korte Bəyannaməsi“ qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
-
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb - DSMF
-
“Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir“ – Rusiya XİN
-
I qrupda təhsil haqları: ən ucuz və ən bahalı ixtisaslar
-
Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə
-
Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dolları ötüb - Statistika
-
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - VİDEO
-
Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO
-
Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
-
Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
TOP 10
ARXİV






