Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan, Rusiya və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir”

Tarix 02.11.17, 3:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan, Rusiya və İran Tehranda keçirilmiş sammitin nəticələrinə görə beynəlxalq enerji platformaları üzrə əməkdaşlığı dərinləşdirməyi və neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər

AzFakt.com APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda  İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannamədə deyilir.
 
Tərəflər, həmçinin, üç dövlətin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinə dəstək ifadə ediblər.  Moskva, Tehran və Bakı ticarət və iqtisadi əlaqələri daha da intensivləşdirmək üçün birgə səylərin vacibliyini vurğulayıb və qarşılıqlı sərmayələrin inkişafı üçün əlverişli şərait yaratmağın zəruriliyini qeyd ediblər.
 
Tərəflər ticarət strukturlarının nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi,  ticarət və sənaye palatalarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması və işgüzar dairələrin maraqlarının dəstəklənməsinin vacibliyini vurğulayıblar.
 
"Tərəflər nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, " Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün avtomobil yolları, dəmir yolu və hava nəqliyyatı sahəsində əməkdaşlığın vacibliyini təsdiqləyir”, Bəyannamədə vurğulanıb.Bu baxımdan, tərəflər "Rəşt-Astara" dəmir yolu xəttinin tikintisi layihəsinin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
 
Liderlər həmçinin ölkələr arasında viza rejiminin daha da asanlaşdırılmasının vacibliyini vurğulayıblar. 



Xəbərin oxunma sayı : 130




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap