Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC Tədbirlər Planı hazırladı – Koronovirusla bağlı xəbərdarlıq

Tarix 28.01.20, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Dəmir Yolları”QSC-nin Həkim-Sanitar Xidməti ötən ilin sonunda Çində aşkar edilmiş koronovirus (2019-nCoV) virusunun ölkəmizə keçmə ehtimalını nəzərə alaraq xüsusi Tədbirlər Planı hazırlayıb. 

AzFakt.com quruma istinadla bildirir ki, plana əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Bundan başqa, ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Sərnişin qatarlarında çalışan briqadalara təlimatlar verilib. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib.
Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Həmçinin dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlərin ümumi gigiyena qaydaları barədə məlumatlandırılmasına başlanılacaq.



Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap