Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycanın təşəbbüsü masa üzərindədir“ - Hikmət Hacıyev

Tarix 22.04.22, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə əlaqədar mövqeyimiz Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və bütün imkanlarda, fürsətlərdə açıq şəkildə ifadə olunub".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, regionda yeni bir sülh gündəliyinin yaradılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü Azərbaycana məxsusdur: "5 prinsipdən ibarət olan sənəd də məhz Azərbaycan tərəfindən təqdim olunub. Prezident İlham Əliyev tərəfindən də bu gün qeyd olundu ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınmasıdır. Azərbaycan təqdim olunmuş prinsiplər əsasında öz mövqeyini ifadə edib. Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlərarası münasibətlərdə normallaşmaya da nail ola bilərik. Bunun üçün müxtəlif proseslər və platformalar vardır ki, Azərbaycanın da təşəbbüsü masa üzərindədir. Biz tezliklə İşçi Qrupun yaradılması və mətn üzrə danışıqlara başlamağa hazırıq. Bu isə regionda əsaslı dərəcədə təhlükəsizlik mühitini dəyişə bilər və davamlı sülhün və sabitliyin təməlini təşkil edə bilər".



Xəbərin oxunma sayı : 1063




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap