“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək“ - Hikmət Hacıyev

Tarix 20.09.23, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona”ya son qoymaq niyyətindədir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.
Ətraflı

H.Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.

Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib: "Reallıq ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib".

"Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, O cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və "İsgəndər" raketlərindən istifadə edib", - H.Hacıyev əlavə edib. (Report)



Xəbərin oxunma sayı : 1609




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap