“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycan Vətən müharibəsi aparır” - Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü

Tarix 27.10.20, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


“Bəziləri bir vasitə kimi atəşkəs mexanizmini istifadə etməyə çalışdılar. Atəşkəs ermənilər tərəfindən dərhal pozuldu. Bununla da növbəti dəfə Ermənistanın diplomatiya, siyasi müzakirə istəməyən, təcavüzkarlıqla məsələni həll etmək istəyən tərəf olduğu görüldü”. 

“Hürriyət”in məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.

“Oktyabrın 23-nə qədər Ermənistanın Azərbaycandakı dinc əhalinin yaşadığı ərazilərə hücumu nəticəsində 63 dinc sakin həlak olub, 219 Azərbaycan türkü qardaşımız yaralanıb. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü qırmızı xəttimizdir.

Ermənistan təcavüzkar tərəfdir. Prezidentimiz hər istiqamətdə cənab Prezident İlham Əliyevlə görüşərək dəstəyini növbəti dəfə ifadə edir. 18-20 oktyabr tarixlərində parlamentimizin sədri Mustafa Şəntop Bakını ziyarət edərək Türkiyənin Azərbaycana dəstəyini göstərmişdir.

Həll yolu tapmaq istəyənlər ilk növbədə Ermənistanın işğalını masada müzakirə etməlidir. Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan işğalçıdır. Azərbaycan vətən müdafiəsi aparır”, - deyə Ömər Çelik bildirib



Xəbərin oxunma sayı : 946




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap