Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan xalqının İlham Əliyevdən başqa alternativi yoxdur”

Tarix 14.04.18, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan xalqının ölkəni beynəlxalq diplomatik arenada layiqincə təmsil etmək bacarığına malik, güclü və uzaqgörən lider olan Prezident İlham Əliyevdən başqa alternativi yoxdur”

Bunu Çinin CGTN nəşri üçün məqalədə siyasi analitik, teleaparıcı, jurnalistika sahəsində bir çox mükafatların laureatı Malik Ayub Sumbal yazıb.

Müəllif bildirir ki, müxtəli sorğulara əsasən Prezident İlham Əliyevi əhalinin böyük əksəriyyəti dəstəkləyir və ölkənin siyasi arenasında onun alternativi yoxdur:

“Azərbaycanda müxalifətin bir sıra problemləri var – onlar parçalanıb, zəifdir və insanların onlara inamı itib. Müxalifətin ölkənin üzləşdiyi çağırışların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən gələ biləcək lideri yoxdur”.

O xatırladır ki, Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal olunub və qoşunların təmas xəttində həmin dövrdən vaxtaşırı toqquşmalar baş verir. Müəllif vurğulayır ki, zəif rəhbərlik vəziyyəti şiddətləndirə bilər:

“Erməni işğalı nəticəsində Dağlıq Qarabağdan didərgin düşən, Bakıda və digər rayonlarda məskunlaşan məcburi köçkün axını böyük çağırış idi, lakin hakimiyyət bu çağırışın öhdəsindən gələ bildi”.

Bakının müasir və qədim arxitekturasının əsrarəngiz ahəngdarlığını xüsusi qeyd etməyi unutmayan analitik bir daha qeyd edir ki, hazırkı rəhbərlik ölkənin inkişafı ilə bağlı vədlərini yerinə yetirib.

M.A.Sumbal Azərbaycana münasibətdə bir sıra qərb qüvvələrinin tənqidinə də münasibət bildirərək yazır ki, özlərini “demokart” adlandıran həmin qüvvələr ikili standartlar tətbiq edirlər.

Məqalədə Prezident İlham Əliyevin korrupsiya ilə mübarizəsinə xüsusi diqqət ayrılır. Müəllif qeyd edir ki, Azərbaycanın dövlət başçısı genişmiqyaslı antikorrupsiya kampaniyasına başlayıb:

“Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzləri yaratmaqla sosial xidmətlər sahəsində islahatlar apardı. Bu, dövlət xidmətlərinin əhali üçün daha əlçatan olmasına hesablanıb”.

Analitik bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər neft qiymətlərinin aşağı düşməsinin təsirini azaltmağa, həmçinin ölkəni Asiyadan, o cümlədən Yaxın Şərqdən olan əcnəbi turistlər üçün populyar etməyə imkan verdi. (trend)



Xəbərin oxunma sayı : 430




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap