Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azəriqaz” “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırdı –Borca görə

Tarix 18.07.19, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


“Azəriqaz” İstehsalat Birliyi son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayıb.

Birlikdən verilən məlumatda bildirilib ki, “Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayında 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb:

“Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan tələbatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.

“Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb”.




Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap