Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi

Tarix 18.03.24, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər adı müxtəlif qalmaqallarda hallanan “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Cahid Hüseynov daha bir yaxın qohumuna yüksək vəzifə təyin etdirib.

AzFakt.com Bizim.Media-ya istinadla xəbər verir ki, Cahid Hüseynovun bacısı oğlu Aqşin Əliyev bir neçə ay öncə Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayonu üzrə Texniki İstismar Xidmətinin rəis müavini təyin olunub.

Aqşin Əliyevə qədər isə həmin vəzifədə Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşı Zakir Rüstəmxanlı çalışıb.

Zakir Rüstəmxanlı bir neçə ay öncə təqaüdə göndərildiyi üçün Cahid Hüseynovun təqdimatı ilə bacısı oğlu Aqşin Əliyev onun yerinə təyin olunub.

Mənbənin məlumatına görə, Cahid Hüseynov Aqşin Əliyevi “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis vəzifəsinə hazırlayırmış. Hazırda isə “Azəriqaz” İB İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayevdir.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Cahid Hüseynovun “Azəriqaz”-da vəzifə verdiyi yaxın dostları və qohumlarının siyahısı yayılıb. Cahid Hüseynovla “Azəriqaz” İB-nin keçmiş rəhbəri Ruslan Əliyev yaxın dost və kirvədirlər.

Açıklama yok.




Xəbərin oxunma sayı : 427




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap