Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bütün ölkələrin sanksiyaları, birləşin”! - Rusiyaya qarşı

Tarix 15.10.18, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya Avropa Biriliyinə üzv olan ölkələri Moskvaya yönəlik sərt tədbirlər tətbiq etməyə inandıra bilib.

Bu gün Avropa Birliyinin xarici işlər nazirləri Lüksemburqda Kremlə qarşı sanksiyaların iki paketini müzakirə etməlidir.

Paketlərdən biri Rusiyanın kimyəvi silahdan istifadə etməsi, ikincisi isə Qərblə apardığı kibermüharibə ilə bağlıdır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, sanksiyaların tətbiqində xüsusilə Böyük Britaniya olduqca israrçı davranır. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında bununla bağlı “intensiv lobbi səylərinin olduqca uğurla getdiyi” yazılıb. Rəsmi London Polşa, Çexiya, Macarıstan, Slovakiya, Sloveniya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın öz tərəfinə çəkə bilib. Qalan 18 üzv dövlət isə hələ qəti qərara gəlməsələr də, ekspertlər nəticənin ingilislərin istəyinə uyğun olacağına şübhə etmirlər.

London rəsmilərinin fikrincə, Moskvanın Suriyada və Solsberidə (Skripalların zəhərlənməsi nəzərdə tutulur-red.) hərəkətləri kimyəvi silahlara qoyulan “tabu”nu pozub. “Biz bu dəhşətli silahın tətbiqinin ağır başa gələ biləcəyini göstərməliyik”, - Britaniya xarici işlər naziri Ceremi Hant deyib.

Jeremy Hunt ile ilgili görsel sonucu
Ceremi Hant

“Bloomberg”in xəbərinə əsasən, bu gün müzakirə edilməsi gözlənilən ikinci paket Rusiyadan həyata keçirildiyi güman edilən kiberhücumlarla bağlıdır. Burada Böyük Britaniya ilə bərabər Hollanidya xüsusi maraq göstərir. Agentliyin informasyasına görə, sanksiyalar kiberhücumlarla əlaqəli olan şəxslərin hesablarının dondurulmasından, onların Avropa Birliyinə səyahətinə qadağa qoyulmasına qədər hər cür tədbiri əhatə edir.

Bundan başqa, Rusiya iqtisadiyyatının bütöv sahələrinə sektoral məhduddiyyətlərin gətiriləcəyi gözlənilir.

Məsələni şərh edən Hollandiya müdafiə naziri Ank Beyleveld ölkəsinin Rusiya lə elan olunmamış kibermüharibə vəziyyətində olduğunu deyib.

Картинки по запросу ank bijleveld  russia
Ank Beyleveld (sağda)

Qeyd edək ki, bu yaxınlarda rəsmi Amsterdam Rusiya casuslarının Haaqada yerləşən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının mənzil qərargahının yaxınlığında, özü də dinləmə və kibermüdaxilə cihazları ilə göründüyü barədə bəyanat yaymışdı. Moskva isə həmin “texniki işçilərin” sərhəd binalarının daxili sistemlərini test etmək üçün getdiyini bildirmişdi.

“Reuters”in verdiyi xəbərə görə, hələ ki Avropa Birliyi içində sanksiya məsələsində İtaliya ayrı mövqe sərgiləyir.

“Moskva hələ də kiberhücumlar və dezinformasiya kampaniyaları haqqında gedən xəbərlərin Avropada necə neqativ təsir buraxdığının fərqində deyil”,- Almaniya xarici siyasət cəmiyyətinin Robert Boş adına Mərkəzi və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya araşdırma mərkəzinin rəhbəri Ştefan Mayster “Kommersant” qəzetinə müsahibədə deyib. Maysterin fikrincə, şiddətlə Avropa Birliyinin maliyyə dəstəyinə ehtiyac duyan italyanların bu məsələdə müqaviməti müvəqqəti xarakter daşıyır və onların əvvəl-axır yola gəlməsi zaman məsələsidir.

Musavat.com



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap