Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

Tarix 23.01.20, 9:50

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın baş naziri Boris Conson əmindir ki, “Brexit” haqqında qanun layihəsinin ölkə parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməsindən sonra krallıq nəzərdə tutulmuş müddətdə - yanvarın 31-də Avropa Birliyini tərk etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, hökumət başçısının müvafiq bəyanatı çərşənbə günü axşam baş nazirin “Dauninq-street” dəftərxanası tərəfindən yayılıb.

"Parlament Avropa Birliyindən çıxış haqqında qanun layihəsini qəbul etdi. Bu o deməkdir ki, Birləşmiş Krallıq 31 yanvarda Avropa Birliyini tərk edəcək və vahid şəkildə irəli gedəcəyik. Bir vaxt elə görünürdü ki, biz heç vaxt “Brexit”in finiş xəttini keçməyəcəyik, amma nəhayət bizdə bu alındı”, - deyə Conson bildirib. Baş nazir “Brexit”in tərəfdarları və rəqibləri arasında çəkişmələrə son qoymağa və diqqəti krallığın vacib problemlərinin həllinə, cinayətkarlığa qarşı mübarizəyə və xəstəxanaların işinin yaxşılaşdırılmasına yönəltməyə çağırıb.

İcmalar palatasının ardınca “Brexit” haqqında billin Britaniya parlamentinin Lordlar palatası tərəfindən təsdiq edilməsindən sonra sənədi kraliça II Yelizaveta imzalamalıdır. Bunun cümə axşamı və ya cümə günü olacağı gözlənilir. Bundan sonra ölkənin Avropa Birliyindən çıxışı sənədi qüvvəyə minəcək.



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap