“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Baş prokuror vəkillik təsisatına hər zaman diqqət göstərir“ - Anar Bağırov

Tarix 25.11.22, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


"Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında sağlam təməl üzərində qurulan qarşılıqlı faydalı əməkdaşlıq ilk növbədə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha da səmərəli müdafiəsinə xidmət edir".

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun Baş Prokuror yanında Elmi-Məsləhət Şurasında üzv kimi təmsil olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Baş prokuror Kamran Əliyev tərəfindən ardıcıl olaraq vəkillik təsisatına diqqət göstərilir: "Prokurorluqla vəkiliyin dialoq platformasının yaradılmasına şərait yaradılır, cinayət prosesində illər boyu mövcud olan və vəkillərimizi narahat edən müxtəlif hüquqi məsələlər üzrə vəkil korpusunun səsinin eşidilməsi üçün formal deyil əməli tədbirlər görülür. Bu münasibətə görə hörmətli cənab Baş prokurora ölkə vəkilləri adından bir daha dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin güclü və nüfuzlu vəkillik təsisatının cəmiyyətimiz üçün böyük əhəmiyyəti barədə tarixi sözləri prokurorluq orqanları tərəfindən tam şəkildə və ən yüksək səviyyədə rəhbər tutulur".

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi qismində İlhamə Həsənova və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru, eyni zamanda Vəkillər Kollegiyasının üzvü Samir Mahmudov Baş Prokuror yanında Elmi-Məsləhət Şurasına yeni üzv seçiliblər.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap