Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Baş verənlər Ermənistanın daxili işidir” - Rusiya Sarkisyandan imtina edir?

Tarix 23.04.18, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


İrəvanda baş qaldıran etirazlarla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ölkəsinin mövqeyini açıqlayıb. 

“AzPolitika.info” Rusiya mətbuatına istinadən bildirir ki, D.Peskov jurnalistlərin Ermənistandakı vəziyyətlə bağlı sualına cavab olaraq, “Bu, birmənalı olaraq, Ermənistanın daxili işidir” deyib.
Bununla yanaşı, prezidentin mətbuat xidmətinin rəhbəri deyib ki, rəsmi Moskva İrəvanda baş verənləri diqqətlə izləməkdədir: “Ermənistan bizim yaxın mütəfiqimiz və Avrasiya İttifaqının üzvüdür. Ona görə də, bu ölkə bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir və biz baş verənləri çox diqqətlə izləyirik.”
Rusiyanın hadisələrə hasnsısa formada, hətta Ermənistan rəhbərliyinin xahişilə müdaxilə etməsinin mümkünlüyü barədə suala cavab olaraq isə Peskov “Nəyə görə də Moskva qarışmalıdır, burada hipotetik mülahizələr tamamilə yersizdir” deyə konkret cavab verib.
Rusiyanın rəsmi mövqeyi onu deməyə əsas verir ki, rəsmi Moskva hazırkı Ermənistan hökumətini açıq şəkildə müdafiə etməkdə həvəsli görünmür və bu gedişlə, Sarkisyandan imtina edəcək.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap