Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bakı Metropoliteni istirahət günlərində sərnişindaşıma fəaliyyəti göstərməyəcək” – Açıqlama

Tarix 13.09.20, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 №-li Qərarına uyğun olaraq, buna qədər qüvvədə olmuş bir sıra qərarlar ləğv edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bu xüsusda “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılması, həmçinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi sərnişindaşıma fəaliyyətinin dayandırılma müddətinin uzadılması barədə qərarları qüvvədən düşüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 №-li Qərarına uyğun olaraq, 2020-ci il 14 sentyabr saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Lakin həmin Qərarın 1.2.5 bəndinə uyğun olaraq, sərnişindaşıma fəaliyyəti bərpa edilsə də, aşağıda qeyd edilən müddətlərdə Bakı metropoliteni sərnişindaşıma xidməti göstərməyəcək: 2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək; 2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap