“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bakıda daha ağır qarşılaşma bizi gözləyir“ - Qurban Qurbanov

Tarix 07.08.19, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifar mərhələsinin ilk matçında Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra mətbuat konfransında söyləyib.

47 yaşlı mütəxəssis deyib ki, rəqibin gücü hamıya məlumdur və ilk dəqiqələrdən təzyiq yaradacaqlarını bilirdik: “APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, Bakıda bugünkü oyundan daha ağır qarşılaşma bizi gözləyir. Bu matçı analiz edib cavab görüşündə daha hazırlıqlı olmalıyıq".

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək. (“Report”)



Xəbərin oxunma sayı : 322




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap