Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bank BTB”-nin kredit portfeli əlindən alınacaq? - RƏSMİ

Tarix 20.10.17, 0:33

Font ölçüsü : - / +
bitmap-img6


Bağlanan bankların portfeli digər banka ötürülüb

“Ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olar”.“APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.

Sənəddə qeyd edilib ki, bank sektorunda gedən lisenziyaların ləğvetmə prosesləri “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarından yan keçməyib, bəzi banklar ləğv olunaraq onların kredit portfeli üzrə öhdəlikləri digər banklara ötürülüb. Təqdim edilən məlumatlara əsasən, ləğv olunmuş bankların kredit portfelinin digər banka ötürülməsi müvafiq qayda ilə deyil, qarşılıqlı (AİF ilə portfeli qəbul edən bank arasında) razılıq əsasında həyata keçirilib. Belə ki, 01.01.2016-cı il tarixə “Bank BTB” ASC-nin ümumi xidmət portfeli 3 mln. 906 min manat təşkil edirdisə, qeyd edilən proseslərlə əlaqədar qəbul etdiyi xidmət portfelinin qalığı 62 mln. 387,8 min manat təşkil edib. Bu isə həmin portfelə keyfiyyətli və dayanıqlı xidmət göstərilməsi vəziyyətinin yüksək risk qrupuna aid edilməklə, eyni zamanda AİF tərəfindən vəsaitlərin idarə olunması tarazlığının qorunması vəziyyətini əks etdirmir. Ölkədə bir sıra bankların reytinqinin olmaması gələcəkdə də belə halların baş verəcəyini şərtləndirir.

“Qeyd edilənləri nəzərə alaraq ləğv olunmuş bankın kredit portfelinin digər banka ötürülməsini tənzimləyən müvafiq qaydalar hazırlanıb və təsdiq edilməsi məqsədəmüvafiq olardı”, - deyə sənəddə vurğulanıb.



Xəbərin oxunma sayı : 115




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap