Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Barselona”nın 9 nömrəsi çatmır” - Kuman gileyləndi

Tarix 05.01.21, 13:16

Font ölçüsü : - / +
bitmap-img6


“Komandamızdakı bütün futbolçulara güvənirəm. Messi və Dembele kimi hücumun dərinliklərinə girən oyunçularımız var”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya mətbuatına açıqlamasında deyib.

Niderlandlı mütəxəssis komandada mərkəz hücumçusunun olmadığını və bu səbəbdən az qol vurduqlarını bildirib: “Qrizmann və Braytvayt arasında seçim etməliyiksə, Martin daha yaxşı oynayır.

Bununla belə, bizdə 9 nömrə çatışmır. Ancaq bu, heç bir halda Antuanın komandadan göndəriləcəyi anlamına gəlməməlidir. Qarşıda oyunlarımız çoxdur və bütün futbolçular bizə lazımdır.

Hələ mövsümün əvvəlində bir neçə dəfə demişəm ki, bizə daha çox öndə olan, mərkəz hücumçusu lazımdır ki, qollarımızın sayını artıraq, komandada rəqabət artsın”.

Qeyd edək ki, Luis Suares “Atletiko”ya keçəndən bəri “Barselona”nın hücum xəttində zəifləmə müşahidə olunur. Uruqvaylı hücumçunun gedişindən sonra 9 nömrəli formada Martin Braytayt çıxış edir.



Xəbərin oxunma sayı : 706




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap