Bu gün Barışla Sanqu Bakıya gəlir “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir
Axtar
 
  • / Maqazin / — 13 Dekabr 2017

    Bu gün Barışla Sanqu Bakıya gəlir

  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

“Bəzi aksiz vergiləri artırıla bilər” – Aydın Əliyev

Tarix 11.10.17, 11:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) idxal mallarına tətbiq olunan aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, digər gömrük vergi və rüsumlarının artırılması ilə bağlı müzakirə aparılmır.

"Hazırda aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar gedir. Manatın devalvasiyasından sonra mövcud vəziyyət reallığı əks etdirmir. Eyni zamanda, aksiz vergisinə cəlb edilən tütün məmulatları və spirtli içkilər ilk tələbat malları deyil. Biz burada camaatın səhhətini də düşünməliyik. Həmçinin, bu məhsulların istehsalı ilə bağlı ölkədə kifayət qədər müəssisə fəaliyyət göstərir", - deyə DGK başçısı qeyd edib.

Komitə sədri Azərbaycana idxal edilən avtomobillərə tətbiq olunan rüsumların artırılmasının mümkünlüyü ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, rüsumların artırılması üçün Neftçala Avtomobil Zavodu işə düşəndən sonra onun bazarda rəqabət qabiliyyəti yoxlanmalıdır: "Azərbaycana avtomobil idxalı azalıb. Əvvəl bu rəqəm ildə 80-100 min idi. Gərək Zavod işə düşsün və ondan sonra görək, idxal onun fəaliyyətinə mane olur, ya yox".



Xəbərin oxunma sayı : 166

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda