Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bilirdik ki, hərbi formamız həm də kəfənimiz ola bilər” - Vətən Müharibəsində qolunu itirən qazi (VİDEO)

Tarix 04.12.20, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


“Biz düşmənin bizimlə döyüşdüyü kimi yox, öz gücümüzü onlara göstərərək döyüşdük və gücümüzü hər kəsə sübut etdik”. 

Bunu AZTV-nin efirində yayımlanan “Gün başladı” proqramında qonaq olan qazimiz Elnur Ələkbərov deyib.

Vətən Müharibəsində iştirak edərək, ayağından yaralanan, bir qolunu isə Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən qazimiz deyir ki, düşmən bizi hədəfə ala bilmirdi: “Düşmənin bizi hədəf alaraq, atdığı mərmilər şahmatvari ətrafa düşürdü. Lakin biz öz gücümüz və hərbi biliklərimizi döyüş meydanında sübut etdik. Biz nişan aldığımız hər bir hədəfi məhv edirdik.

Çünki biz kiçik mərmidən, ən ağır texnikaya qədər qənaətlə istifadə edirdik. Düşmənlə üzbəüz gələndə hər bir mərminin öz hökmü var. Məqsədimiz düşməni məhv edərək, öz torpaqlarımızdan çıxarmaq idi.

Döyüşdə iştirak etdiyimiz günlərdə səbirsizləndiyimiz bir məqam vardı. Ancaq irəli gedək, dayanmadan irəliləyək. İrəlilədikcə mərmilərin səsi gəlməyəndə darıxırdıq. Döyüşüb ən qısa zamanda torpaqlarımızı azad etmək üçün səbirsizlənirdik. İrəli getdikcə əldə etdiyimiz torpaqlar, düşmənin bizim qarşımızdan qaçdığını gördükcə sevinirdik.

Sevinc hissini sözlərlə ifadə edə bilmərəm. Bunu mən və o döyüşlərdə iştirak edənlər bilir, hiss edir. Biz orada necə qürur hissi ilə döyüşürdük. Biz bu formanı geyinəndə bilirdik ki, bu, bizim hərbi formamızla yanaşı, kəfənimiz də ola bilər.

Şəhidlik zirvəsi hər kəsə qismət olmur. Mən döyüşlərdə qolumu itirdim, ayağımdan yaralandım. Bizim bu döyüşlərdə neçə-neçə igid oğullarımız da şəhid oldu”.








Xəbərin oxunma sayı : 1543




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap