“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“Birbank” çökdü, müştərilər ayağa qalxdı: “Anamın əməliyyat pulunu ödəyə bilmədim”

Tarix 01.05.24, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün “Kapital Bank”a aid Birbank tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub. 

Məlumata görə, Birbank tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada  bankın müştərilərinin etirazı ilə qarşılanıb. 

Bankın müştərilərindən biri qeyd edib ki, təhlükəsizlik səbəbiylə debet kartında saxladığı vəsaitə limit müəyyən  edib. Anasının təcili əməliyyatı üçün kassada ödəniş edərkən birdən məlum olub ki, tətbiq işləmir. Bu isə Birbank-a etibarı azaldır.  

“Anam təcili əməliyyat olunmalı idi. Ödəniş üçün bütün pulu debet kartıma yüklədim. Təhlükəsizlik səbəbiylə karta limit qoydum. Ödəniş etmək istəyərkən tətbiqdən limiti qaldırmaq istədim. Amma proqram işləmədi. Dost-tanışlar nağd pul gətirdilər. Daha sonra proqram işləməyə başladı. Çətin gündə məni çətin durumda qoydunuz. Bir daha etibar edib sizin kartda pul saxlamaram”- bank müştərisi əlavə edib. 

Ümumilikdə, Birbank müştəriləri qeyd edirlər ki, bu kimi hallar tez-tez, xüsusilə də ay sonlarında təkrarlanır. Öncədən isə bununla bağlı xəbərdarlıq edilmir. Ən böyük müştəri bazası olan bank texniki, profilaktik işlər gecə saatlarında aparılmalı olduğu halda, gündüz edir. 

(Yenisabah)




Xəbərin oxunma sayı : 862




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap