Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Biz gördük ki, tək deyilik” - Azərbaycan Prezidenti

Tarix 15.10.20, 23:31

Font ölçüsü : - / +
bitmap-img6


“Dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır - etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirsiniz. Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Prezident bildirib ki, bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası: “Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir.

Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaq”.



Xəbərin oxunma sayı : 892




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap