Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Biz hal-hazırda ölüyük“ - Mourinyo

Tarix 19.03.21, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün önəmli matç oynayırmış kimi təsir bağışlamadıq. Daha çox qələbə arzulayan komanda qalib gəldi. İki komanda arasında istək fərqi var idi. Məyus olduğumu söyləmək yetərli deyil. Çünki hiss etdiyim kədərdən daha çoxdur. "Dinamo"nun paltardəyişmə otağına girib futbolçuları təriflədim. Futbol təkcə hansı komandanın daha yaxşı oyunçulara sahib olması ilə bağlı deyil. Əhval-ruhiyyə futbolun əsasını təşkil edir və bizi beləcə məğlub etdilər".

Qol.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 final mərhələsində Zaqreb "Dinamo"suna 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.

"Futbolçuları oyuna köklənməmək riski barədə xəbərdar etdim. Fasilədə onlara belə oynamağımızın riski haqda danışdım. Yekun bu cür oldu. Rəqib ikinci qolu vuranda və oyun əlavə vaxta keçəndə təhlükəli vəziyyət olduğumuzu başa düşdülər. Orşiç üç qol vurdu, və oyunçular bu qolları sadəcə izlədilər. Komandam futbolun əsaslarını - işlərinə hörmət və fədakarlıq etmədi" - deyə portuqaliyalı mütəxəssis bildirib.

Mourinyo məğlubiyyətə görə klub azarkeşlərindən üzr istəyib: . "Ümid edirəm onlar da mənimlə eyni şeyləri hiss edirlər. Bu gün həyat və ölüm məsələsi idi və biz hal-hazırda ölüyük. Bir sıra digər oyunlarda da oxşar hisslər keçirirdim. Ancaq mövsümün son matçına qədər əlimizdən gələni etməyə çalışacağıq".



Xəbərin oxunma sayı : 463




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap