“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“BP Azərbaycanı tərk edə bilər...” - İqtisadçı alim

Tarix 08.08.20, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


“BP Azərbaycanı tərk edə bilər”.

AzFakt.com xəbər verir ki, bu iddia ilə iqtisadçı alım Qubad İbadoğlu çıxış edib. O qeyd edib ki, BP Xəzər dənizində biz iki nəhəng yatağın – Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısıdır. 1995-ci ildə əməliyyatların başlamasından bəri AÇG, BTC, Şahdəniz və CQBK layihələri üçün çəkilmiş əsaslı xərclər 72 milyard dollar təşkil edib ki, onun da başlıca sərmayəçisi BP şirkəti olub:

“Şirkət hazırda Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çiraq yataqlarinin və Günəşli yatağinin dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatin pay bölgüsü sazişində 30,374551 faizə malikdir. BP şirkəti xammal neftin qiymətləri bərpa olunsa belə, öz neft-qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır, çünki bərpa olunan enerji mənbələrinə investisiya qoymaq istəyir. Bu barədə Reuters agentliyinə BP-dən eyni zamanda üç mənbə bildirib. Odur ki, BP şirkəti Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraqla yanaşı Azərbaycanı da tərk edəcək. BP-nin bu qərarı adıçəkilən ölkələrdə rentabellik (gəlirlik) səviyyəsinin aşağı olması ilə bağlıdır”.

AzFakt

Q.İbadoğlu əlavə edib ki, şirkət 2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 657 milyon, BTC üzrə təqribən 12 milyon, CQBK və genişləndirilmiş boru kəməri ilə bağlı fəaliyyətlərə 24 milyon dollardan artıq əsaslı məsrəflər xərcləyib. Şirkətin Azərbaycanı tərk etməsi ilə bağlı qərarının verilməsi onun yeni strategiyasının qəbulundan asılıdır: “Gözləntilərə görə bu yaxın zamanlarda baş tuta bilər. BP-nin Azərbaycanın tərk etməsi yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə qiymətləndirilməlidir. Hazırkı böhran şəraitində BP-dən gözlənilməz qərar Azərbaycan neft sənayesində sərmayə baxımından ciddi çətinliklər yarada bilər. Bunun "xərc"ləri Azərbaycana baha başa gələ bilər, hətta Azəri, Çiraq yataqlarinin və Günəşli yatağinin dərinlikdə yerləşən hissəsinin işlənməsi ləngidə, yalnız dövləti deyil, həm də SOCAR-ı pis vəziyyətə qoya bilər”.



Xəbərin oxunma sayı : 5701




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap