42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar Afaq bu alt paltarında POZA verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

  • / Maqazin / — 28 İyul 2019

    Hadisə erotik paylaşımı ilə gündəm oldu - Video

“Brakonyerlər tərəfindən qəddarcasına balıq ovlanması müşahidə edilir” - İradə İbrahimova

Tarix 13.05.19, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


“Balıqçılar düşünməlidirlər ki, kürüsü olan balıq ovlanırsa yüzlərlə körpə balıq məhv edilir və nəticədə ildən-ilə balıq növlərinin sayı azalır”

AzFakt.com xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O, bildirib ki, bütün bu kimi addımlar ölkənin balıq ehtiyatlarının məhvinə səbəb olur:“İndi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq”.

İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir:“Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya nazirliyə məlumat verməkdir. Məncə bu cür yanaşma daha effektiv və faydalı olar.

Onu da deyim ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.

Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırırıq”,-deyə İ. İbrahimova bildirib.



Xəbərin oxunma sayı : 229

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda