“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bu, sadəcə dəhşətdir…” – Ölkə üzrə şagirdlərin 50%-i bu fənndən 0 bal toplayıb!

Tarix 16.08.19, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


“Nə üçün ölkə üzrə bütün 9-cu sinif şagirdləri riyaziyyatdan buraxılış imtahanından 2 qiymət alıb? Düzü, mən də əvvəlcə buna inanmırdım. Lakin o zaman söhbət etdiyim müəllimlər 9-cu sinfin kurikulum üzrə olan riyaziyyatdan 1-ci buraxılış imtahanının nəticələrinin çox bərbad olduğunu bildirirdilər”.

AzFakt.com-un məlumatına görə, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün “facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, nəticələrin bu dərəcədə aşağı olacağını gözləməsə də, DİM-in açıqladığı elmi-statistik təhlil vəziyyətin dəhşətli olduğunu göstərib: “Artıq DİM bir neçə gün öncə 2018/2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif riyaziyyatdan 1-ci mərhələ imtahanda, 100 ballıq sistemlə orta göstərici 10 bal olub. Ölkə üzrə 50% 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb. Bu, sadəcə dəhşətdir.

osman

Maraqlıdır ki, məhz bu mərhələ – kurikulum üzrə əldə olunan nəticələr ötən illə müqayisədə pisliyə doğru dəyişib. Nə üçün belə gözlənilməz nəticələr alınıb?

Problem kurikulumdadır, tədris prosesindədir, testlərin mahiyyətindədir, yoxsa haradadır? Hətta Bakı şəhəri üzrə nəticələr də çox bərbad olub.

Söhbət elədiyim müəllimlərin bəziləri 1-ci mərhələdəki açıq tipli testlərin hədsiz çətin olduğunu da bildirirdilər. Hələlik Təhsil Nazirliyi bununla bağlı açıqlama verməyib”.






Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap