Nigar Camal çimərlik geyimində - FOTOLAR “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO
Axtar
 
  • / Maqazin / — 07 Avqust 2020

    Nigar Camal çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2020

    “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova

  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

“Bu, tarixi saxtalaşdırmaq cəhdidir” – XİN-dən Şuşadakı məscidindəki təmirlə bağlı bəyanat

Tarix 08.10.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulmuş, çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı Ermənistan KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir: “Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub. Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən “təmir olunması” bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini “bərpa” edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.

Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid “təmir” edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz”.



Xəbərin oxunma sayı : 214

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda