Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik“ - Qurban Qurbanov

Tarix 10.10.18, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.

AzFakt.com xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Farer Adaları ilə səfərdə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.

Qurbanov bildirib vəziyyət hər iki komanda üçün eynidir: "Meydanla tanış oldum. Hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.

Bu toplanışda az məşq etmişik. Hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq".

Qeyd edək ki, Farer Adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.



Xəbərin oxunma sayı : 292




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap