“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Azərbaycan və Bolqarıstanı dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət birləşdirir

Tarix 09.05.24, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


 Azərbaycanla Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Bu gün qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan əməkdaşlığın çox böyük gələcəyi var. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Azərbaycan üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və digər ölkələrin bazarları böyük maraq kəsb edir.
      
Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Rumen Radev bu fikri də böyük inamla vurğuladı ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi.
     
 Cənab İlham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində keçirilən görüşlərdə aparılan müzakirələrin və imzalanan sənədlərin fonunda bildirdi ki, nəticələrdən danışmaq olar. Məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir: "Bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır.... Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir." Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Bolqarıstan Prezidenti vurğuladı ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq: "Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir."
     
 Ümumilikdə qarşılıqlı səfərlər, gündəmə gətirilən məsələlər, həmçinin imzalanan sənədlər ölkələr arasında əlaqələrin inkişafında əsas rol oynayır. Hər bir səfər qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin müzakirəsi baxımından xüsusi diqqət çəkir. Bolqarıstan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin imzaladıqları "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"ni xüsusi qeyd etmək istərdik. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında diqqəti məhz bu sənədə yönəldərək bildirdi ki, bu gün Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır: "Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür."

Eyvaz Fərzəliyev



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap