Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu il əmək müqavilələrinin sayı 126 min artıb” – Nazirlik

Tarix 16.10.19, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmək müqavilələrinin sayı 126 min artaraq 1 milyon 528 min 246 müqavilə təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, yeni 126 min əmək müqaviləsinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektorunda bağlanıb.

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 9 faizdən çox artım qeydə alınıb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəddir. Əmək müqaviləsi əsasında çalışmaq işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq və s. kimi hüquqlar verir. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım olub.




Xəbərin oxunma sayı : 436




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap