Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu kampaniyanın arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur“ - XİN

Tarix 02.09.20, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


"Növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Nezavisimaya qazeta” nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibəyə” hazırlaşdığı barədə dərc olunan xəbər münasibət bildirərkən deyib.

"Bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur. ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir.

Hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır.

Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur", o bildirib.



Xəbərin oxunma sayı : 5431




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap