Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu yük yalnız bir qurumun üstünə düşməsin…” – Deputat

Tarix 16.03.18, 17:59

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması “Azərbaycan Beynəlxalq Bank” ASC-nin restrukturizasiyası ilə yekunlaşmamalıdır. “Bankların ənənəvi sürətdə yüksək faizlə qazanc əldə etməsində sektor üçün heç bir perspektiv yoxdur. Bunun əvəzinə banklar daha perspektivli yolla biznes layihələrinin maliyyələşdirilməsinə keçə və real addım atıla bilər. Bundan başqa, problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil.

Biz təkliflər hazırlayıb aiddiyyəti orqanlara göndərmişik ki, bu yük yalnız bir qurumun üstünə düşməsin. Xarici valyutadakı kreditlərin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini isə əhali öz üzərinə götürməlidir.

Bu qurumları təkliflərə həssas yanaşmağa və bu il bu istiqamətdə real işlər görməyə çağırırıq”, – deyə Ə. Məsimli qeyd edib.



Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap