“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR

Tarix 05.02.26, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, “By Fateh” restoranı meyxanaçı Aqşin Fatehə məxsusdur.

Xatırladaq ki, bu, sözügedən restoranla bağlı ilk cərimələnmə halı deyil. Ötən ilin dekabrında saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə restoran cərimə olunmuşdu. 






Xəbərin oxunma sayı : 253




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap