“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama yayıb – “Yayılan məlumat çaşqınlığa, təşvişə səbəb olur“

Tarix 24.01.20, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“Sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir. Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada xatırladılıb ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək:

“2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılıb. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünüb.

Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”.




Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap