“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Cəmil Həsənli, Gültəkin Hacıbəyli özlərini Əli Kərimlinin trolları kimi aparırlar” - Arif Hacılının qardaşı

Tarix 05.03.20, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


“Həmişə səmimi şəkildə müxalifət arasında birliyə nail olmağa çalışmışam, amma "yurdçu"ların intriqabazlığı üzündən bu mümkün olmayıb”.

AzFakt.com-un xəbərinə görə, bunu Əhrar Partiyasının sədri, Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli deyib.

“Yadımdadır, Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) yarananda bu prosesə axıradək mane olmağa çalışdılar ("Yurd" nəzərdə tutulur). "Azadlıq" qəzetinin müxbiri İbrahim Məmmədlinin (o vaxt "yurdçu" idi, sonradan AzTV ideoloqlarından birinə çevrilmişdi) donos xarakterli yazılarını əsas götürərək həmin qurum məhkəmə qərarına əsasən qeydə alınmadı. Faktiki onlarsız geniş koalisiya yaranandan sonra gəlib qoşuldular prosesə və harda bir adam tapırdılar, guya hansısa təşkilatın təmsilçisi adı ilə gətirib qoşurdular prosesə. Yeganə məqsədləri də həmin qurumda öz üstünlüklərini təmin etmək idi. Sonra yaradılan İctimai Palata, Milli Şura və sair qurumlarda da birlik bu cür intriqalar səbəbindən baş tutmadı.

Məncə, seçkidə iştirak edənlər hansısa formada funksional əməkdaşlığın yollarını arayıb tapmalıdırlar. Əli Kərimlini isə rahat buraxın. Ondan heç vaxt xeyir gəlməz. Fikir vermisinizmi, Cəmil Həsənli, Fuad Ağayev, Sevinc Osmanqızı, Arif Məmmədov, Eldəniz Quliyev,Gültəkin Hacıbəyli kimi adamlar hazırda özlərini faktiki Əli Kərimlinin trolları kimi aparırlar. Hərçənd ki, onlar Əli Kərimlinin ətrafında olmayanda özlərini daha ağayana aparırdılar. Niyə belə olur? Niyə Əli Kərimlinin ətrafında olanların hamısı özünü zombi kimi aparır? Məncə, Əli Kərimli və ətrafı bu barədə ciddi düşünməlidirlər.

Mən bir məqama da diqqətinizi cəlb etmək istəyirəm. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əliməmməd Nuriyev və sair keçmiş "yurdçu"lar son illərdə müxalifətə qarşı hansısa həqarətli fikirlər söyləyiblərmi? Açığı mən yadıma sala bilmirəm. Əli Kərimlinin yanında olanda onların da əsas hədəfi müxalifət, əsasən də Musavat olub. Hətta iş o yerə çatmışdı ki, mən həmin adamlardan bəzilərini "Əli Kərimlinin şilləvuranları" adlandırmışdım. İndiki məqamda ən uğurlu variant seçkiyə gedənlərin seçki islahatları istiqamətində bir hərəkat yaratması olardı. Milli Şuradakılar bu prosesə qoşulsalar qoşulsunlar, qoşulmasalar iş görənlərə "mız qoymaq" missiyalarını arsız- arsız davam etdirsinlər. Bu da onların seçimi olacaq” – V.Hacıbəyli qeyd edib. (pravda.az)



Xəbərin oxunma sayı : 868




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap