Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Cənub Qaz Dəhlizi böyük nailiyyətdir” - ABŞ rəsmisi

Tarix 17.07.20, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


“Hər zaman, xüsusilə də indiki dövrdə ən çox ehtiyac duyulan məsələ hökumətlərin, şirkətlərin, ixtiraçıların, yaradıcı insanların vizyonudur. Cənub Qaz Dəhlizi də bizə məhz bu vizyon imkanı yaradır”.

“Report” xəbər verir ki, bunu Xəzər Siyasi Mərkəzinin təşkil etdiyi virtual görüşdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi böyük nailiyyətdir: “Lakin biz dayana bilmərik. Cənub Qaz Dəhlizi vasitəsilə qazın İtaliyayaya nəqlinin başlaması ilə iş bitməyəcək. Bizim görəcək çox işimiz var”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.



Xəbərin oxunma sayı : 646




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap