Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

İcra başçısı 2 milyonluq villanı sökdürdü - FOTOLAR

Tarix 22.05.19, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Bakıxanov qəsəbəsində bir villanı səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında "Bakıxanov rezidens”in binası inşa olunacaq

Bu malikanə də tikinti ərazisində plana düşüb. Villanın ətrafında yaşayanlardan öyrənirik ki, bu dəbdəbəli evin qiyməti 2 milyondur.

Ancaq sahibinə minimal pul verərək bir neçə ilə tikdiyi şəxsi evini söküblər. Mülk sahibi narazı qalıb. Əvvəlcə evinin sökülməsinə qarşı çıxıb. Evin uçurulmasından söhbət belə gedə bilməz söyləyib. Sonra bu imkanlı şəxsi "yola gətiriblər”. Deyiblər ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin əmrinə biət etmək lazımdır.

Bu tikinti də ona məxsusdur və "Bakıxanov rezidens” qəsəbədəki evləri sökərək pilot layihə olaraq göydələnlər inşa edir.

Villanın sahibini yola gətirdikdən sonra təzminatın məbləğində razılaşmada narazılıq yaranıb. "Ancaq həmin adama nə deyiblər, nə formada danışıq aparıblarsa, o boyda evi dəyərindən ucuz qiymətə alıblar, sökməyə başlayıblar”, – deyə sakinlər bildirirlər. Villanın söküntüsü hazırda icra olunur. Yaxınlıqdakı "Fantaziya” şirniyyat mağazasının yerləşdiyi bina da uçurulub, yaxınlığa köçməli olub.

Həmçinin, "Bakıxanov rezidens”in olacağı əsas yerdəki 2 mərtəbəli bina sökülüb, sakinlərdən kimisi kompensasiya alıb, kimisinə də tikiləcək təzə binadan mənzillər vəd olunub.

Qeyd edək ki, Bakıxanov qəsəbəsini "Bakıxanov rezidens” firmasının reklamları bürüyüb. Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.

Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev "Razin”i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.

Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. Qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq. 2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb. 2018-ci ilin mayı gəlir və hələ də binanın tikintisi davam edir.

Ona görə də bir qrup payçı "Bakıxanov rezidens”in sözünün üstündə durmadığını bildirirlər. Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, "Bərguşad-Ş” MTK həm sifarişçi, həm podratçı şirkətdir. Əgər "Bakıxanov rezidens” özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?! (azeuronews.com)








Xəbərin oxunma sayı : 520

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda