Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İcra başçısı bağçalara ayrılan ərzaqları satdırır? - Açıqlama

Tarix 23.06.21, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar.

Bu barədə Demokrat.az-a Bərdə sakinlərindən daxil olan məlumatda iddia edilir.

İddialara görə, Bərdədə Vidadi İsayevin "kadrı" kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsait silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, rayonda məktəb direktorlarının təyin edilməsində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədova yaxın zamanda rayonda yüksək vəzifəyə təyin ediləcək.

Məsələylə bağlı Leyla Məmmədova ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib:

“Hər bir iddia əsaslı olmalıdır. Bu iddialar isə əsassızdır. Məsələnin doğruluq payı yoxdur. Bu cür əsassız iddiaları səsləndirənlər də məhkəmə qarşısında cavab verəcəklər”.



Xəbərin oxunma sayı : 2095




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap