Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

İcra başçısının oğlu 130 min manatlıq saat taxır – FOTO

Tarix 29.03.20, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə Abdin Fərzəliyevlə və onun birinci müavini Şahmar İbadovla bağlı video paylaşılıb.



Həmin videoda rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və müavini Şahmar İbadov tənqid edilir. Qeyd olunur ki, adı çəkilən vəzifəli şəxslər pilot layihə adı ilə yaşayış binalarını qanunsuz şəkildə sökürlər, başçı və müavini isə müxtəlif yollarla, o cümlədən hədə-qorxu gəlməklə sakinlərin pulunu verməkdən imtina edirlər və bu da narazılığa səbəb olur.

 

Şəkildə gördüyünüz, əlində iki bağlama (20 min) dollar tutub poz verən şəxs Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin oğludur. Lakin şəkildə diqqət çəkən digər bir məsələ də var. Əsas diqqəti Abdin Fərzəliyevin oğlunun qolundakı saat çəkir.

Pravda.az-ın araşdırması nəticəsində məlum olub ki, bu saat “Audemars Piguet” markasına aiddir və qiyməti ABŞ valyutası ilə 79 000 dollardır (134 000 manat).


 


Türk satış saytlarında isə saat 560 268 TL-yə satılır. (Azərbaycan manatı ilə 146 566 manat+170 manat çatdırma pulu)

Qeyd edək ki, internet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, həmin markalı saatların qiyməti 5 900 dollarla 1 milyon dollar arasında dəyişir.



Nərimanov rayon icra başçısının aylıq vəzifə maaşı 1045 manatdır. Belə olan halda, başçının oğlu bu qiymətə saat hansı pulla alıb?

 

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu göndərsək də, İcra hakimiyyəti sorğuya cavab vermədi. Cavabları olacaqsa, dərc etməyə hazırıq.(pravda.az)

 



Xəbərin oxunma sayı : 427

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda