“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcra Hakimiyyətlərinin daha bir səlahiyyəti ləğv olundu - Tikinti ilə bağlı

Tarix 01.07.20, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Yerli icra hakimiyyəti orqanının daha bir səlahiyyəti ləğv edilib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən həmin orqanın (qurumun) sorğusu əsasında ETM (enerji təchizatı müəssisəsi) tərəfindən veriləcək.

Qüvvədə olan qaydalara əsasən, bu icazə sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə (ərizəsinə) əsasən yerli icra hakimiyyəti orqanının sorğusu əsasında ETM tərəfindən verilirdi.

Eyni zamanda NK-nın müvafiq qərarı ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na edilən dəyişikliyə əsasən, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) özünün STTSAS-nı (su təchizatı və tullantı sularının axıdılması sistemi) ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. “Tikintiyə icazə verən orqan (qurum) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edəcək.

Qüvvədə olan qaydalara əsasən, müvafiq yerli icra hakimiyyəti orqanı yuxarıda qeyd edilən işlərlə barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edirdi/APA.



Xəbərin oxunma sayı : 1474




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap