“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Dünyada koronavirus qurbanlarının sayı 307 mini ötüb” – ÜST məlumat yaydı

Tarix 17.05.20, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada son gün ərzində koronavirusdan 5 mindən çox ölüm qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son sutkada COVID-19-a 100 mindən çox yoluxma qeydə alınıb. Bununla da dünyada koronavirus xəstələrinin ümumi sayı 4,5 milyonu ötüb.

Bu halda koronavirus qurbanlarının sayı da 307 mini keçib.

“Rəsmi göstəricilərə görə, dünyada 4 525 497 yoluxma və 307 395 ölüm qeydə alınıb. Bir gün ərzində yoluxma 100 012 təşkil edib, 5 336 nəfər ölüb”, – deyə xəbərdə bildirilir.

Məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayına görə Şimali və Cənubi Amerika regionu birinci yerdədir. Bu regionda 1 966 932 COVID-19 xəstəsi qeydiyyata alınıb. Virus xəstələrinin sayı bir gündə 57 449 nəfər artıb. Regionda virusdan ölənlərin sayı son sutkada 3 742 nəfər artaraq 118 799-a çatıb.

Avropada virusa yoluxma 1 870 545, ölüm 165 951 təşkil edir. Son 24 saatda köhnə qitədə COVID-19-a yoluxanların sayı 22 100, ölənlər 1 228 nəfər artıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report




Xəbərin oxunma sayı : 517




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap