“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik edildi – Detallar

Tarix 08.10.19, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edilib.

AzFakt.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik III oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv olunub.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Qanun layihələrinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.




Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap