Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ədalət Partiyası siyasi barış və dialoq istəyir - Sədr müavini görüşlərə başladı

Tarix 31.08.20, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Ədalət Partiyası ölkədə siyasi dialoq və barış mühitinin yaradılması, uzlaşma nöqtələrinin tapılması istiqamətində fəaliyyətə başlayıb.

AzFakt.com xəbər verir ki, partiya sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü bu istiqamətdə ilk görüşü Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə keçirib.

Sədr müavini sosial şəbəkədəki hesabında bildirib ki, ilk görüşün Süllhədin Əkbərlə keçirilməsi təsadüfi seçim olmayıb: "O, "Dövlət siyasətinin əsasları" adlı geniş bir tədqiqat, təhlil və təkliflərin yer aldığı kitabın müəllifi olmaqla yanaşı, həm də partiya sədrləri arasında ilk olaraq "Demokratiyaya "yumşaq keçid" strategiyası" adlı sənəd hazırlayaraq, onu müzakirə üçün həm hakimiyyətə, həm də müxalifətə təqdim edib".

E.Şükürlü qeyd edib ki, görüşdə həm sənədin onlar üçün əhəmiyyətli olan detalları barədə müzakirə aparıb, həm də ölkədəki mövcud ictimai-siyasi durum ətrafında geniş fikir mübadiləsi ediblər.

"Rusiya-Ermənistan ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqının qurulmasının zəruriliyi, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmininə baxışda hakimiyyətlə müxalifət arasında vahid prinsiplərdən çıxış edilməsinin vacibliyi haqda partiyalarımız arasındakı mövqelər tamamilə üst-üstə düşdüyündən, onun inkişaf etdirilməsi razılaşdırıldı", - sədr müavini vurğulayıb.

Elxan Şükürlü həmçinin bildirib ki, görüş və məsləhətləşmələri ölkədə səmimi şəkildə milli-siyasi-dini həmrəyliyin olmasını istəyən digər partiya sədrləri, həmçinin bitərəf ziyalılar, din xadimləri, QHT və media rəhbərləri, nüfuzlu el ağsaqqalları ilə keçirməyi də planlaşdırırlar.



Xəbərin oxunma sayı : 7711




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap